Accessibility links

Obama: Afrikanın tərəqqisi davamlı inkişaf və demokratiyadan asılıdır


Keniya və Efiopiyaya tarixi səfərinin sonu vida çıxışında ABŞ prezidenti Barak Obama Afrikanın fövqəladə tərəqqisini yüksək qiymətləndirib. Lakin o bildirib ki, bu tərəqqi yalnız davamlı inkişaf və demokratiya ilə qorunub saxlanıla bilər.

Cənab Obama Efiopiya paytaxtı Əddis Əbəbədə Afrika İttifaqının iclasında çıxış edib. O, Afrika qitəsi liderlərinin toplantısında nitq söyləyən ilk Amerika prezidentidir.

Atası Keniyada anadan olmuş ABŞ prezident deyib ki, Afrikanın yoxsulluq və münaqişələr qitəsi olduğu haqda stereotipi unutmasının vaxtı gəlib çatıb.

Lakin prezident Obama qitənin inkişafının zəif bünövrə üzərində qurulduğunu bildirib. O deyib ki, yüz milyonlarla afrikalı hələ də ifrat yoxsulluq içində yaşayır.

Bu gün səhər prezident Obama Əddis Əbəbədə Faffa ərzaq müəssisəsini ziyarət edib. ABŞ hökuməti tərəfindən dəstəklənən bu müəssisə aclıq, yoxsulluq və qida çatışmazlığı problemlərinə qarşı mübarizə məqsədi ilə yaradılıb.

ABŞ hökuməti qarğıdalı, lobya, düyü və buğda da daxil olmaqla, Afrikanın 11 ölkəsində fermerlərə iqlimə davamlı toxumlar göndərərək, aqrar sahəyə 140 milyon dollar dəyərində investisiya ediləcəyini bldirib.

Hökumət bu təşəbbüsün növbəti üç il ərzində Afrika boyu 11 milyondan çox ailəyə yardım edə biləcəyini ehtimal edir.

XS
SM
MD
LG