Accessibility links

"Keniya mənim üçün özəl bir yerdir, burada qohumlarım, ailə üzvlərim var"


Barak Obama bu sözləri Keniyada keçirilən Qlobal Sahibkarlar Sammitinin açılışında deyib

ABŞ prezidenti kimi Keniyaya ilk səfəri çərçivəsində Barak Obama bu gün Nayrobidə keçirilən Qlobal Sahibkarlar Sammitində ev sahiblərindən biri kimi iştirak edib.

Keniya prezidenti Uhuru Kenyatta ABŞ prezidentini təqdim edərək onu Afrika qitəsinin yaxşı dostu adlandırıb.

Cənab Obama sammit iştirakçıları "Niaje Wasee" deyərək salamlayıb. Bu, Keniyada loru dildə "Necəsiniz" deçəkdir.

"Keniyaya yenidən gəlmək çox xoşdur. Mən Keniyanı ziyarət edən ilk ABŞ prezidenti olduğum üçün qürurluyam" - deyə Obama açılış çıxışında bildirib: "Bu mən üçün özəl bir yerdir, mənim ailəm buradan gəlib və mənim burada qohumların, ailə üzvlərim var".

Qısa sentimental çıxışdan sonra işə keçən prezident Obama sammitə toplaşan sahibkarlara və investorlara elan edib ki, ABŞ keçən il Mərakeşdə verdiyi sözü tutaraq dünya boyu yeni bizneslər üçün 1 milyard dollardan çox maliyyə ayırır.

ABŞ prezidenti bildirib ki, Afrika dünyada ən sürətlə imkişaf edən qitələrdən biridir və burada yoxsulluq səviyyəsi azalmaqda, orta sinif genişlənməkdədir.

Keniyalılar ümid edir ki, ABŞ prezidenti Barak Obama atasının doğulduğu kəndə səfər edəcək.

Obamanın səfərinin başlıca məqsədi ilk dəfə Afrika ölkəsində keçirilən Qlobal Sahibkarlıq Sammitidir.

Keniya ABŞ prezidenti üçün mühüm əhəmiyyət kəsb edir. Onun atası Keniyanın ucqar qərb bölgəsində anadan olub və daha sonra orada dəfn olunub. O, eləcə də Keniyanın ilk prezidentinin hakimiyyəti dövrü hökumətdə xidmət edib.

XS
SM
MD
LG