Breivik yeni hədəflər tapmağa çalışdığını etiraf edib

Breivik yeni hədəflər tapmağa çalışdığını etiraf edib

Norveç polisi bildirir ki, keçən həftə 77 nəfəri qətlə yetirən müsəlman əleyhdarı ekstremist hökumət və Leyborist partiyasına qarşı daha artıq hücumlar həyata keçirməyi planlaşdırırmış. Rəsmilər cümə günü 10 saat sürən istintaqdan sonra bildiriblər ki, Anders Behrinq Breivik terror hücmları üçün yeni hədəflər tapmağı planlaşdırdığını etiraf edib. Bu yeni mümkün hədəflərlə bağlı detallar açıqlanmayıb.Breivik Utoeya adasında gənclər düşərgəsində 69 adamın, paytaxt Osloda isə 8 adamın ölümülə nəticələnmiş hücumlara görə məsuliyyət daşıdığını boynuna alıb. Bununla belə, o özünü terrorizmdə müqəssir tanımayıb. Norveçin baş prokuroru bildirib ki, Breivikə qarşı bəşəriyyətə qarşı cinayət ittihamları da irəli sürülə bilər.