Accessibility links

Breivik Utoeya adasında cinayət yerində hadisənin detallarını açıqlayıb


Breivik Utoeya adasında cinayət yerində hadisənin detallarını açıqlayıb
Breivik Utoeya adasında cinayət yerində hadisənin detallarını açıqlayıb

Norveç rəsmiləri bildirir ki, keçən ay 69 adamı qətlə yetirdiyini etiraf etmiş Anders Behrinq Breivik cinayətin törədildiyi yerdə hadisənin detallarını açıqlayıb. Prokuror Paal-Fredrik Hyort bu gün Osloda deyib ki, Breivik polislə 8 saat iyulun 22-də Utoeya adasında qətlin törədildiyi yerdə olub. Rəsmilər hadisənin baş verdiyi kimi təfərrüatları ilə lentə alındığını bildiriblər. 32 yaşlı Breivik eyni gündə Utoeyada cinayəti törəməzdən əvvəl Osloda hökumət idarələrinin qarşısında bomba partlatdığını da etiraf edib.

XS
SM
MD
LG