Accessibility links

Anders Berinq Breyvik özünü günahkar bilmir


Anders Bering Breivik
Anders Bering Breivik

Norveşdə keçən il iyul ayında 77 nəfəri qətlə yetirən sağçı Anders Breyvik ona qarşı irəli sürülən ittihamları rədd edərək, belə bir addımı özünü-müdafiə məqsədi ilə atdlığını deyib.

Məhkəmənin qərarına qarşı çıxan Breyvik Oslo şəhərində maşına bomba yerləşdirdiyini və keçən il iyul ayının 22-də Əmək partiyasının Utoya adasındakı gənclər düşərgəsində qətliam törətdiyini boynuna alsa da, bunların cinayət olmadığını deyib.

Anders Breyvik günahkar olmadığını hakim İnqa Bejer İnzin terror hücumu da daxil edilməklə, onun tpörətdiyi qətllər və hadisə qurbanları barədə məlimatı bir saatdan çox oxumasından sonra deyib.

Breivik Osloda həyata keçirdiyi bomba hücumu 8 nəfərin həyatına son qoymuş, gənclər düşərgəsində isə o, 69 nəfəri güllələmişdi.




XS
SM
MD
LG