Sonuncu rəsmi dövlət mərasiminə qatılan Fransa prezidenti Nikola Sarkozi Parisdə İkinci Dünya Müharibəsinin sonunun ildönümünü qeyd edən anım törənlərinə rəhbərlik edib.
Zəfər Tağı qarşısında düzənlənən xatirə mərasimində yenicə prezident seçilmiş Fransua Holland cənab Sarkozi ilə bərabər dayanıb.
Zəfər Tağının İkinci Dünya Müharibəsi üçün xüsusi əhəmiyyəti var. Belə ki, 1940-cı ildə Fransanı işğal edən alman qoşunları bu tağın altından keçmişdilər.
Elə həmin yerdə əksəriyyəti ABŞ əsgərlərindən ibarət müttəfiq qüvvələri Faşist Almaniyası üzərində qələbələrini 67 il bundan öncə qeyd ediblər.