Fransua Holland Parisin mərkəzindəki Elise Sarayında andiçmə mərasmində prezidentlik vəzifəsinin icrasını öz üzərinə götürüb. O, 1995-ci ildə Fransua Mitteran ofisi tərk edəndən bəri Fransanın ilk sosialist prezidentidir.
Bu axşam Hollandın Almaniya kansleri Angela Merkellə görüşmək üçün Berlinə yollanacağı gözlənilir. Orada cənab Holland Avropadakı borc böhranını müzakirə edəcək.
Yeni Fransa prezidenti xanım Merkellə üzv dövlətləri ixtisar xərcləmələrinə bağlayan sazişin yenidən işlənməsi üzərində danışıqlar aparacaq.