Accessibility links

Fransanın yeni prezidenti Almaniyadadır


Fransanın yeni seçilmiş prezidenti Fransua Holland və Almaniya kansleri Angela Merkel Avropada iqtisadiyyatın dirçəlişi və valyuta böhranının qarşısının alınması yolunda birgə işləyəcəklərini deyiblər.

Cənab Holland inaqurasiya mərasimindən dərhal sonra, dünən Almaniya lideri ilə görüşmək üçün Berlinə yola düşüb. Birgə keçirdikləri mətbuat konfransı zamanı Fransa prezidenti iki ölkə arasında dostluğun daimi olduğunu, xanım Merkel isə hər iki ölkənin Avropada baş verən iqtisadi inkişaflar yolunda ortaq firkə gələcəklərinə ümid etdiyini deyib.




XS
SM
MD
LG