Pakistan rəsmiləri NATO helikopterlərinin Əfqanıstandan Pakistanın şimal-qərbində yerləşən hərbi postuna hücum edərək 25 əsgəri öldürdüklərini və 14 nəfəri yaraladıqlarını deyirlər.
Pakistan bir neçə saatdan sonra cavab tədbirləri görərək Əfqanıstanla həmsərhəd Torxam məntəqəsini bağlayıb və NATO-nun Əfqanıstana yollanan təchizat konvoylarını dayandırıb.
Pakistan hərbçiləri Salala kəndindəki posta hücum üçün heç bir əsas olmadığını söyəlyirlər.
Rəsmilər hücum vaxtı postda 40 əsgərin olduğunu xəbər veriblər.
NATO rəsmiləri insidentdən agah olduqlarını və araşdırma aparacaqlarını söyləyiblər.