Accessibility links

Memorandum skandalı ilə üzləşən Pakistan səfiri vətənə qayıdıb


Memorandum skandalı ilə üzləşən Pakistan səfiri vətənə qayıdıb
Memorandum skandalı ilə üzləşən Pakistan səfiri vətənə qayıdıb

Pakistanın ABŞ-dakı səfiri yazdığı qalmaqallı memorandumu izah etmək üçün İslamabada qayıdıb. Həmin sənəddə səfir Amerikanı Pakistanın qüdrətli hərbi dairələrini nəzarət altına gətirməyə çağırmışdı.

Səfir Hüseyn Haqqani may ayında ABŞ-ın həmin zaman baş hərbi rəsmisi olan Mayk Mallenə göndərdiyi məktuba görə siyasi skandala düçar olub.

Memorandumda səfir ABŞ hökumətini Əl-Qaida lideri Osama bin Ladenin öldürülməsi ilə nəticələnən reydin ardınca Pakistanda hərbi çevrilişin qarşısını almağa səsləmişdi. Məktub ABŞ vətəndaşı olan Mənsur İcazın vasitəçiliyi ilə ABŞ hökumətinə göndərilmişdi.

Pakistan prezidenti Asif Əli Zərdarinin yaxın müttəfiqi olan Haqqanı memorandumla əlaqəsini inkar etmiş və istefa verməyə hazır olduğunu bildirmişdir.

XS
SM
MD
LG