Accessibility links

Pakistanda sabiq yerli rəsmi qətlə yetirilib


Pakistanda sabiq yerli rəsmi qətlə yetirilib
Pakistanda sabiq yerli rəsmi qətlə yetirilib

Pakistan rəsmiləri bildirir ki, ölkənin şimal-qərbində intiharçı hücumu nəticəsində sabiq yerli rəsmi və onun cangüdəni həlak olub, rəsminin oğlu da daxil olmaqla 9 nəfər isə yaralanıb.

Rəsmilərin sözlərinə görə, hücumu həyata keçirən intiharçı bu gün Xeybər Paxtunkva vilayətinin Svabi şəhərində Hənif Xan Cadunun avtomobilini hədəf alaraq onu öldürüb. Hücuma məruz qalanda Cadun yenicə Qurban bayramını qeyd edərək səhər namazını sona çatdırmışdı.

O, Svabi şəhərinin ali rəsmisi və pəştunların millətçi partiyası olan Avami Milli Partiyasının üzvü olub.

XS
SM
MD
LG