Əfqanıstan rəsmiləri deyir ki, Taliban yaraqlıları Əfqanıstandakı beynəlxalq qüvvələrə ərzaq aparan konvoya hücum edərək ən azı 7 yerli mühafizəçini qətlə yetiriblər.
Fərah vilayətinin qübernatorunun sözçüsü deyib ki, yaraqlılar bu keçirdikləri reyd zamanı 9 yük maşınını yararsız hala salıblar. Qarşıdurmaya müdaxilə etmək üçün Əfqanıstan polisi özünü hadisə yerinə çatdırıb.
"The Associated Press"in məlumatına görə, sözçü insidentə heç bir xarici əsgərin cəlb olunmadığını bildirib.
Taliban hücumu məsuliyyətini hələlik öz üzərinə götürməyib, ancaq 10 ilə yaxındır NATO konvoyuna hücum yaraqlıların əsas taktikalarındadır.
Afqanıstana gedən NATO təchizatlarının çoxu Pakistan vasitəsilə ünvanına çatdırılır. Orada isə yük maşınlar tez-tez yaraqlıların hücumuna məruz qalır.