NASA kainatın 13.7 milyard yaşında olduğunu güman edir
ABŞ Fəza Agentliyinin Habl fəza teleskopunun çəkdiyi şəkillər kainat barədə ilk ən dərin nəzəriyyələrə yol açıb. Görüntülər qalaktıkaların yarandığı dövrə gedib çıxır.
NASA bildirib ki, Habl teleskopunun “eXtreme Deep Field” (XDF) adlandırılan kainatın ən son görüntüləri 10 illik məlumat bazası və 5500 qalaktikanı əhatə edir. Burada ən yaşlı qalaktikanın təxminən 13.2 milyard il yaşı var. NASA kainatın təxminən 13.7 milyard yaşında olduğunu güman edir.
Bu layihə üzərində çalışan Santa Kruzda yerləşən Kaliforniya universitetinin elmi araşdırmaçısı Qars İllingvors deyib ki: “XDF səmanın indiyə qədər əldə olunan ən dərin görüntüsü olmaqla yanaşı, indiyə qədər görülməmiş ən kiçik və uzaqda yerləşən qalaktikaları da aşkara çıxarıb.” O deyib ki, XDF bizə hər zamankından daha çox keçmişi araşdırmaq imkanını verir.
NASA XDF foto-şəklini “uzaq keçmişə olan zaman tuneli kimi” xarakterizə edir. Agentlik bu hadisəni həmin qalaktikalardan gələn işığın “yer kürəsinə indi yetişməsi” ilə izah edir. Qurum şəkildəki qalaktikalardan birinin kainatın "böyük partlayışla" yaranmasından 450 miliyon il sonra yarandığını bildirir.
Habl teleskopu Avropa Fəza Agentliyinin tərəfdaşlığı ilə NASA kosmik gəmisi vasitəsilə 1990-cı ildə Yer kürəsinin orbitində yerləşdirilib.
Habldan öncə astronomlar fəzanı Yer kürəsindəki teleskoplarla müşahidə edirdi. Bu teleskoplardan 7 milyard işıq ilinə qədər və ya kainatın hazırkı yaşının yarısı qədər qalaktikaları müşahidə edə bilərdi.