Accessibility links

Yer kürəsinin radiasiya qurşaqlarının öyrənilməsi məqsədilə Amerikanın iki peyki fəzaya göndərilib


ABŞ-ın fəza və astronaftika agentliyi Yer kürəsi atmosferi üzərində yaranmış radiasiya qurşaqları ilə bağlı araşdırmalar aparmaq məqsədilə cümə axşamı fəzaya iki peyk göndərib.

686 milyon dollarlıq qoşa peyklər fəzaya Floridada Keyp Kanaveral fəza stansiyasından pilotsuz idarə edilən raket vasitəsilə çıxarılıb.

Araşdırmalar günəş və fəzadan ayrılmış elektrik hissəciklərinin yaratdığı eyni qurşaqlarda dəyişmələrə gətirib çıxaran enerji dəyişmələrinin necə təsir etdiyini müəyyən edəcək. Yer kürəsinin maqnit sahəsində toplaşıb qalan radiasiya qurşaqları peyklər və günəş lövhələrində kommunikasiyalarda qarışıqlıq yarada bilər.

NASA bildirir ki, peyklər bir-birinə ən yaxın 161 kilometr, ən uzaq isə 38 min kilometr məsafədə uçacaq.

Radiasiya qurşaqları 1958-ci ildə fizik-alim Ceyms Van Allen tərəfindən kəşf edilmişdir.
XS
SM
MD
LG