ABŞ-ın Mars “Curiosity” elmi laboratoriyası ilk səyahətinə başlamaq üçün hazır vəziyyətə gətirilib.
NASA bildirir ki, avtomobil ölçüsündə olan robotlaşdırılmış qurğuya üç metr irəliyə doğru hərəkət etmək üçün göstəriş verəcək, daha sonra geri dönərək bu ayın əvvəli eniş etdiyi yerə doğru hərəkət edəcək.
ABŞ kosmik agentliyi “Curiosity”-ni sürməyə başlanmazdan əvvəl sükanı yoxlamaq üçün onun altı təkərindən dördünü hərəkət etdirib.
NASA həmçinin bildirib ki, kosmik laboratoriyada yerləşən iki külək sensorundan biri xarab olub. Alimlər bu sensorun eniş zamanı zədələndiyini ehtimal edirlər.
“Curiosity”-da Mars geologiyası, hava şəraiti və radiasiya dərəcəsini tədqiq etmək üçün müxtəlif cihazlar quraşdırılıb. Bu laboratoriya 2.5 milyard dollar dəyəri olan ikiillik missiya ilə Marsda nə vaxtsa həyatın olub-olmamasını və ya həyatın gələcəkdə mümkün olub-olmayacağını tədqiq edir.