Bu İsa Qəmbərin Lənkərana ikinci səfəri idi. Polisin də səfərlə bağlı münasibəti var. “Onlar “Yol hərəkəti haqqında” qanunu pozub”.
Müxalifətdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər Lənkəran şəhərinə (Bakıdan 268 kilometr cənub) buraxılmayıb. Bu son günlərdə Müsavat Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İsa Qəmbərin Lənkərana ikinci səfəri idi.
Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, yanvarın 27-də Müsavat Partiyasının başqanı partiya rəhbərliyinin, fəalların, ziyalıların və jurnalistlərin müşayiəti ilə Lənkərana yola düşüb. Səfərdə məqsəd Müsavat Partiyası Lənkəran Şəhər Təşkilatının yaranmasının 20 illik yubileyində iştirak etməkdir.
Mətbuat xidməti bildirir ki, səfərin baş tutmaması üçün dünəndən başlayaraq yerli müsavatçılara təzyiqlər göstərilib. Lənkəran şəhərinin yolları təmir bəhanəsi ilə qazılmağa başlanıb.
“Yanvarın 13-də olduğu kimi, bu dəfə də Müsavat başqanına qarşı təxribat törətmək üçün xüsusi öyrədilmiş qruplar təşkil olunub. Bu gün səhər saatlarından başlayaraq Müsavatın yerli fəalları təqib olunmağa başlanılıb, onların bəziləri həbs edilib”.
Yol boyu İsa Qəmbəri müşayiət edən maşın karvanı izlənilib və polis postlarında bir neçə dəfə saxlanılaraq yoxlanılıb.
“Son olaraq maşın karvanı Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki yol polisi postunda saxlanılıb və uzun yoxlamalardan sonra Müsavat başqanının maşını Lənkəran istiqamətinə buraxılsa da, onu müşayiət edən şəxslərin gedişinə qadağa qoyulub. Heç şübhəsiz, məqsəd partiya başqanını müdafiəsiz qoyaraq onu əvvəlcədən təşkil etdikləri təxribatçı qrupların hədəfinə çevirmək olub. Odur ki, İsa Qəmbər və onu müşayiət edən şəxslər Bakıya dönməyə qərar verib”, deyə mətbuat xidmətinin məlumatında deyilir.
Müsavat Partiyası hadisəni qətiyyətlə pisləyir və bəyan edir ki, bugünkü hadisə ilin əvvəlində Müsavat Partiyasının Məclisi İsa Qəmbərin prezidentliyə namizədliyini irəli sürəndən sonra ona qarşı törədilən ikinci iri miqyaslı təxribat cəhdidir.
Partiya bəyan edir ki, proseslərdə polisin bilavasitə iştirakı olayların hakimiyyət tərəfindən törədildiyini bir daha aydın şəkildə sübut edir.
Partiya bildirir ki, İlham Əliyev rejimi bu ölkədə insanların sərbəst şəkildə hərəkət etməsi kimi ən adi konstitusiya hüquqlarını da tapdalayır ki, bu da ölkədə demokratiya və insan hüquqlarının hansı səviyyədə olduğunun əyani təsdiqidir.“Bu cür təxribatlar heç bir səmərə verməyəcək, partiya ölkənin ayrı-ayrı bölgələrinə səfərlərini bundan sonra da davam etdirəcək.Partiya bütövlükdə digər demokratik qüvvələrlə, vətəndaş cəmiyyətinin təmsilçiləriylə birlikdə ölkədə demokratik və azad vətəndaş cəmiyyətinin qurulması uğrunda sonadək mübarizə aparacaq və buna nail olacaq”-Müsavat Partiyasının yaydığı bəyanatda qeyd edilir.
Öz növbəsində, Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Müsavat başqanı İsa Qəmbərin Lənkəran rayonuna səfərinin baş tutmamasına münasibət bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA agentliyinə deyib ki, İsa Qəmbərin Lənkərana səfərinə polis heç bir müdaxilə etməyib.
“Azərbaycan polisi daim hər bir vətəndaşın təhlükəsizliyini təmin etməyə hazırdır, həmçinin də İsa Qəmbərin. Bu gün baş verən hadisə ilə bağlı isə deyə bilərəm ki, İsa Qəmbər 35 maşından ibarət böyük bir maşın karvanı ilə Lənkəran şəhəri istiqamətində hərəkət edib. Bu zaman onlar “Yol hərəkəti haqqında” qanunu pozaraq, avtomagistralda hərəkət edən digər avtomobillərin hərəkətinə maneçilik yaradıblar. Ona görə də Dövət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılarkən onlara yol hərəkəti haqqında qanun izah edilib və bildirilib ki, böyük bir karvanla yolda hərəkət etmələri digər vətəndaşlara maneçilik törədir”.
E. Zahidovun dediyinə görə, yol polisi Müsavat başqanını müşayiət edən maşın karvanına hərəkət qrafiki də təklif edib.
“Onlara təklif olunub ki, əvvəlcə 4-5 maşın irəli hərəkət etsin. Daha sonra da bu cür kiçik karvanlarla digər maşınlar da yola davam etsinlər. Amma onlar DYP əməkdaşalrının bu təklifini qəbul etmədikləri üçün geri qayıdıblar”, o qeyd edib.