Accessibility links

Müsavat Partiyasının başqanı hücuma məruz qalıb


Müsavat Partiyasının başqanı İsa Qəmbər və təşkilatın rəhbərliyi bu gün Lənkərana səfər edərkən yolda təxribatçıların hücumuna məruz qalıblar. Başqanla yanaşı Lənkərana partiya məclisinin sədri Arzu Səmədbəyli, Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı, başqan müavini Gülağa Aslanlı, Divan üzvü Tural Abbaslı və başqanın müşavirləri də yola düşüb. Baş verən olayla bağlı «azadliq.info»ya məlumatı elə hadisənin iştirakçısı G.Aslanlı verib. Müsavat Partiyasının Lənkəran rayon təşkilatının yaranmasının 20 illiyi münasibətilə təşkil olunan yubiley tədbirinə qatılmaq üçün Lənkəran şəhərinə yola düşən Müsavat rəhbərliyi şəhərin girəcəyində «armudu stəkan» deyilən məkanda saxlanınılıb. İki yüzə yaxın şəxs müsavatçıların olduqları avtomobilin qarşısını kəsərək, onları təhqir etməyə başlayıb. Sözügedən məkanda avtomobili sürətlə idarə etmək mümkün olmadığından avtomobillər dayanmağa məcbur olub: «Təxribaçı qrup başqanın və bizim olduğumuz avtomobillri yumruqlamağa, təhqiramiz ifadələr söyləməyə başladılar. Eyni zamanda təxribatçılar bizi yumurta atmağa başladılar. Biz avtomobillərdən düşdük və başqanın xəsarət almasının qarşısını almağa çalışdıq. Biz insanları maşınlardan heç cürə kənarlaşdıra bilmirdik. Qadınlar özlərini maşınların qarşısına ataraq təhqiramiz ifadələr işlədirdilər». İnsident nəticəsində G.Aslanlı və başqaları xəsarət alıb. Belə ki, təxribaçılardan biri avtomobili başqan müavinin üzərinə sürərək onun ayağının üstündən keçib. G.Aslanlı yalnız cəld tərpənməsinin nəticəsində yüngül xəsarət alıb. Əks halda avtomobili onu vura bilərdi.


Bu cür «qarşılanmanın» təşkilatçılarının mülki geyimli polislər olduğunu düşünən G.Aslanlının sözlərinə görə, müsavatçılar bir müddət sonra hadisə yerindən uzaqlaşmağa müvəffəq olsalar da, Masallıya qədər izləniblər: «Lənkəranla Masalının sərhəddində yenə də bir qrup təxribatçı bizə hücum etdi. Bu dəfə avtomobillərə ciddi ziyan dəydi. Avtomobillərdən birinin arxa şüşəsi sındırıldı».
Bakıya dönən Müsavat Partiyasının rəhbərliyi baş verən hadisə barəsində artıq DİN «102» xidmətinə məlumat verib.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hadisənin təfərrüatları ilə bağlı Musavat.com-a açıqlama verib. O, bildirib ki, İsa Qəmbər və onu müşayiət edən şəxslər səhər saatlarında Lənkərana yollanıblar: "Lənkərana çatanda məlum oldu ki, bayram tədbirinin keçirilməsi üçün ayrılmış yerin sahibi müsavatçılardan tədbirin keçirilməməsini xahiş edib. Bundan sonra başqa yer tapılıb. Lakin bir neçə saat sonra həmin yerin də sahibləri tədbirin keçirilməsindən imtina ediblər. Ona görə də tədbiri müsavatçılardan birinin həyətində keçirmək qərarına gəldik. Lənkərana daxil olanda biri yol polisi əməkdaşları saxladılar və müxtəlif bəhanələrlə ləngitdilər. Sənədləri yoxlamaq adı ilə bizi təxminən yarım saat saxladılar. Yol polisi əməkdaşlarından ayrıldıqdan təxminən 10 dəqiqə sonra, Lənkəranın girişindəki dairədə CİP avtomobili İsa Qəmbərin maşınının qarşısını kəsdi və bundan sonra 50-100 nəfər adam maşınlara, xüsusilə, İsa Qəmbərin olduğu maşına hücum etdilər. Maşının şüşələrini, güzgüsünü sındırdılar, təhqiramiz ifadələr işlətdilər. Müsavat Partiyası Gənclər təşkilatının üzvləri, Müsavat fəalları ilə həmin adamlar arasında ciddi qarşıdurma oldu".
Arif Hacılı baş verənləri İsa Qəmbərə qarşı sui-qəsd cəhdi kimi qiymətləndirir. Onun sözlərinə görə, hadisə yerində polis əməkdaşları olsalar da, onlar baş verənlərə müdaxilə etməyiblər, şəhərin əsas yolundakı quldurluğun qarşısını almağa çalışmayıblar.Hadisə zamanı çəkiliş aparan jurnalist Mehman Kərimli mülki şəxslər tərəfindən naməlum istiqamətdə aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG