Accessibility links

Lənkəran icra hakimiyyəti İsa Qəmbərin təhlükəsizliyinə təminat vermir


Müsavat Partiyasına Lənkəran İcra Hakimiyyətindən göndərilən məktub
Müsavat Partiyasına Lənkəran İcra Hakimiyyətindən göndərilən məktub

Müsavat başqanı yenidən Lənkərana gedəcəyini bildirib. Onun müşaviri polisə aparılıb.


Müsavat Partiyası başqanı İsa Qəmbərin müşaviri Yadigar Sadıqlı polisə aparılıb.
Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, Yadigar Sadıqlının saxlanma səbəbi barədə rəsmi açıqlama verilməyib. Son məlumatlara görə, o, Lənkəran rayon polisinə aparılıb.

Müsavat Partiyasının başqanı İsa Qəmbərə qarşı yanvarın 13-də Lənkəran şəhərində fiziki təzyiq cəhdindən sonra partiya başqanı bu bölgəyə yenidən səfər edəcəyini açıqlayıb. İsa Qəmbərin Lənkərana növbəti səfəri yanvarın 27-ə planlaşdırılır.

Partiya hesab edir ki, Yadigar Sadıqlının polis tərəfindən saxlanması Müsavat başqanının yanvarın 27- də Lənkərana səfəri ilə bağlıdır.

Müsavat başqanı İsa Qəmbərin bu həftənin bazar günü Lənkərana edəcəyi səfərdən öncə hakimiyyət orqanları onun təhlükəsizliyinə təminat vermədiyini bəyan edib.

“Lənkəranda keçirəcəyiniz tədbirin təhlükəsizliyini təmin etməyi mümkünsüz hesab edirik. Hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün tədbirin keçirilməsini məqsədəmüfaviq hesab etmirirk”, deyə Lənkəran rayon İcra Hakimiyyətinin birinci müavini İlqar Dadaşovun adından Müsavat başqanının müşavirinin adına göndərilmiş məktubda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG