Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində prezidentliyə namizədliyi məsələsindən danışıb. Müsavat başqanı hökuməti kəskin tənqid edib, namizədliyinin İctimai Palatanın qərarına uyğun olduğunu, AXCP ilə münasibətlərə təsir etməyəcəyini bildirib.
Sual: Müsavat Partiyasının Məclisi bu gün Sizin prezidentliyə namizədliyinizin irəli sürülməsi barədə qərar qəbul edib. Namizəd kimi əsas prioritetləriniz nə olacaq?
Cavab: Prezident seçkilərində iştirakı bir neçə baxımdan nəzərdən keçiririk. Hesab edirəm ki, bu İlk növbədə cəmiyyəti fəallaşdırmaq, ölkədə dəyişiklik etmək istəyən qüvvələri toparlamaq və bu hədəfə yönəltmək üçün əlavə bir imkandır. Çünki cəmiyyətdə dəyişiklik istəyi kifayət qədər güclüdür, amma bu istiqamətdə fəaliyyət arzu olunan səviyyədə deyil. İnanıram ki, seçkidə iştirak qərarımız cəmiyyətə ciddi bir mesaj olacaq ki, hərəkətə gəlmək lazımdır. Hərəkət etməsək heç kim bizim əvəzimizə ölkədəki dəyişiklikləri həyata keçirən deyil. İkinci bir baxımdam hesab edirik ki, əgər biz ölkədə demokratik mühit formalaşdırmaq, seçkiqabağı mühitin demokratikləşməsini, “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsini, azadlıqların hüdudlarının genişlənməsini istəyiriksə, bu baxımdan seçkilərdə iştirak qərarı cəmiyyəti fəallaşdıraraq bu hədəflərə yaxınlaşdırmağa əlavə imkanlar yaradacaq.
Ən önəmlisi odur ki, hakimiyyət bizim üçün məqsəd deyil. Bizim üçün hakimiyyət millətimizə xidmət imkanıdır, xidmət vasitəsidir. Biz istəyirik ki, xalqın iradəsi ilə bir hakimiyyət formalaşsın ki, xalqımızın, millətimizin çoxsaylı problemlərini həll etmək mümkün olsun. Nə qədər ki, Əliyev rejimi davam edir, tarix və təcrübə göstərir ki, problemlərin həll olunma ehtimalı sıfırdır. Ona görə də ciddi bir proses başladıq. İnanırıq ki, bu əhalinin fəllaşmasına, demokratik proseslərin sürətlənməsinə, ölkədə köklü demokratik dəyişikliklərə gətirib çıxaracaq və xalqın iradəsi gerçəkləşəcək. Bizim seçkilərdə iştirak qərarımız məhz bu amillərlə bağlıdır.
Sual: İndiki hökumətin hansı siyasəti Sizi qane etmir? Ümumiyyətlə indiki hökumətə qarşı hansı siyasətlə mübarizə aparacaqsınız, əsas hədəfləriniz nə olacaq?
Cavab: Yəni bu hakimiyyətin hansı bir işi xoşagələndir ki? onu qeyd edək? Qarabağ problemi 20 ildir ki, həll olunmur və bu, bir ailənin nəzarətində olan bir ölkənin əsas problemidir. Problemin həllində bir irəliləyiş yoxdur. Beynəlxalq birlikdən Azərbaycan təcrid olunmaqdadır. Azərbaycanın demək olar ki, əsas qüvvə mərkəzləri ilə xeyli ciddi problemləri var. Ölkə daxilində işsizlik, maaşların aşağı olması, insan haqlarının, mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması, əhalinin bütün kateqoriyalarına qarşı haqsızlıq-ədalətsizlik edilməsi, istər Qarabağ köçkünləri, istər Qərbi Azərbaycandan gələn soydaşlarımız, istər Borçalı əhalisi, Kür çayı daşqınlarından, Zaqatala bölgəsində zəlzələdən əziyyət çəkmiş insanların hüquqları olsun, Naxşıvandakı və digər bölgələrdəki vəziyyəti bilirsiniz, gənclərə, pensiyaçılara münasibət, bütün istiqamətlərdə, bu hakimiyyət elə bil ki, öz xalqına qarşı müharibə elan edib.
Son zamanlar aydınlaşan məsələlər də göstərir ki, hakimiyyətin korrupsiya və rüşvət ehtirası o qədər böyüyüb ki, nəinki nazir, icra başçısı vəzifələri, hətta deputat kürsüləri də açıq satışa çıxarılıb. Kim çox pul verirsə deputat kürsüləri də həmin şəxslərə satılır. Elşad Abdullayevin video və müsahibələrindən insan oğurluğu məsələsi aydın şəkildə sübut olunur. Bəlli olur ki, hakimiyyət insan oğurluğundan digər insanları sındırmaq, əzmək, onlardan pul qoparmaq üçün istifadə edir. Sevinc Babayeavanın ölümü ilə siyasi qətllərin də yenidən gündəmə gəldiyi bir faktdır. Yəni belə bir hakimiyyətlə, cinayətkar hakimiyyətlə qarşı-qarşıyayıq. Təbii ki, bizim hakimiyyətin xalqa qarşı zidd mövqeyinə dözmək haqqımız yoxdur. Ölkədə vəziyyət dəyişməlidir, məqsədimiz də budur.
Bizim seçimimiz demokratiya, insan hüquqlarına, mülkiyyət hüquqılarına, iqtisadi azadlıqlara tam əməl olunmasıdır, ölkədə haqq-ədalət yaratmaqdır. Biz hakimiyyət strukturunda da müəyyən islahatlar nəzərdə tuturuq. Əvvəla məhkəmlər tam müstəqil olmalı və müstəqil qərarlar verməlidir. Eyni zamanda, Müsavat Partiyası hesab edir ki, çox ciddi islahatlara ehtiyac var ki, ölkəmizi prezidentli respublikadan parlamentli respublikaya keçirək. Məhz bu daha demokratik, daha səmərəli idarəetmə üsulu kimi görünür.
Təbii ki, biz hakimiyyətə gələndə korrupsiyanın, rüşvətin aradan qaldırılması, istər siyasi, istərsə də iqtisadi azadlıqlara əməl edilməsi və digər sahələrdə demokratik ölkələrə xas siyasət yeritmək fikrindəyik.
Sual: Xarici siyasət sahəsində hansı yeniliklər etmək fikrindəsiniz?
Cavab: Xarici siyasət sahəsində aydın, şəffaf mövqe ortaya qoymaq fikrindəyik. Hakimiyyətin adını balans qoyub, əslində müxtəlif qüvvə mərkəzləri arasında seçim etməməsi nəticədə ona gətirdi ki, Azərbaycan dünya miqyasında təcrid olunmağa başladı. Azərbaycanın bu gün Avropa dövlətləri ilə də, Amerika ilə də problemləri çoxdur. Rusiya və İranla da münasibətlər kifayət qədər gərgindir. Hətta bizim strateji müttəfiqimiz Türkiyə ilə də bəzi müsbət addımlara baxmayaraq, (neft-qaz layihələri ilə bağlı bəzi müsbət addımlar) kifayət qədər ciddi problemlər mövcuddur. Ona görə də biz Azərbaycanın aydın, şəffaf və düşünülmüş xarici siyasət yeritməsinin tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycan avroatlantik məkana inteqrasiya etməlidir, Avropa Birliyinin, NATO-nun üzvü olması ilə bağlı aydın qərarlar qəbul etməlidir. Eyni zmanda qonşularımızla da şəffaf, normal qonşuluq münasibətlərini qurmalıyıq. İqtisadi, mədəni sahələrdə ən yaxın şəkildə əməkdaşlıq etməliyik.
Sual: İsa bəy, namizədliyinizin irəli sürülməsi İctimai Palatada birmənalı qarşılanmayıb. Münasibətiniz necədir? Vahid namizəd məsələsi yenidən gündəliyə gələ bilərmi?
Cavab: İctimai Palatada bununla bağlı heç bir problem ola bilməz. Çünki İctimai Palata dekabrın 19-da prezident seçkilərində iştirakla bağlı ilkin qərar verib. Ona görə də Müsavatın bu yöndə qərar verməsi, nəinki İctimai Palatadakı qərarlara zidd deyil, əksinə həmin qərarın davamı kimi də qiymətləndirilə bilər.
Vahid namizəd mövzusuna gələndə isə mən bu mövzunu ən aktual mövzu hesab etmirəm. Biz seçkilərə hazırlaşacağıq, prosesin gedişində isə digər qüvvələrlə də məsləhətləşmələrə hər zaman hazır olacağıq. Əgər hansısa mərhələdə görsək ki, hansısa namizədin şansı bizdən daha ciddi, daha inandırıcı görünür, təbii ki, o namizədin qabağa verilməsi variantları da müzakirə oluna bilər.
Sual: Əli Kərimli namizədliyini irəli sürərsə AXCP ilə Müsavat arasındakı münasibətlərin perspektivinə necə baxacınız?
Cavab: Biz AXCP-ni özümüzün müttəfiqi hesab edirik. Bu gün Müsavatın Məclisində qəbul edilmiş qərarlardan biri də 2013-cü ildə fəaliyyət istiqamətləri barədə idi. Həmin qərarda AXCP ilə münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi mövzusu da qeyd olunub. Ona görə də AXCP-nin istənilən qərarlarına sayğı ilə yanaşacağıq və əminik ki, onlar da bizim qərarlarımıza sayğı ilə yanaşırlar.