Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində Elşad Abdullayevlə Gülər Əhmədova arasındakı video qalmaqalından danışıb. “Deputat kürsüsünün alveri gedib”.
Sual: Azərbaycanda son olaylara münasibətiniz necədir? Yəni Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevlə keçmiş deputat Gülər Əhmədova arasındakı video qalmaqalına münasibətiniz necədir?
Cavab: Bu hadisə Azərbaycandakı hakim rejimin ifşasıdır. Yəni, bu bir seçki korrupsiyasıdır, siyasi korrupsiyadır, Əliyev rejiminin Azərbaycana gətirdiyi dəyərlər sisteminin ifşasıdır. Buna sadəcə Elşad Abdullayevlə Gülər Əhmədova müstəvisində baxılmamalıdır. O başqa söhbətdir.
Deputat kürsüsünün alveri gedib və tərəflərdən biri özündə cəsarət tapıb uzun müddət hakimiyyətə xəbərdarlıq etdikdən sonra hadisə ilə bağlı videonu ictimailəşdirib.
İndi hakimiyyət buna aydınlıq gətirməlidir ki, necə olur ki bir deputat deputat olmaq istəyən başqa bir şəxsə deyir ki, bu qədər pul versən sən deputat ola bilərsən. “Mən prezidentin siyahısını pozduran adamam, lazım gəlsə başqa köməklər də edə bilərəm”. Bu necə olur? Buna hakimiyyət aydınlıq gətirməlidir.
Dövlətə, konstitusiyaya qarşı bir cinayət faktıdır. Bu sadəcə prokurorluğun başlatdığı dələduzluq hadisəsi deyil, konstitusional cinayətdir. Çünki konstitusiyada birmənalı göstərilib ki, hakimiyyət xalqa aiddir. Xalqın hakimiyyət hüququnu oğurlayıb parlamenti formalaşdıran adamlar buna cavab verməlidir. Ona görə də Müsavat Partiyası olaraq biz, buna çox sərt münasibət bildirdik, İctimai Palatanın da mövqeyi bəyan edildi. Bu mövzuda dinləmə keçirdik. Yaxın günlərdə isə parlamentin buraxılması tələbi ilə yürüş keçirmək fikrindəyik.
Sual: Yürüşlər, etirazlar yolu ilə parlamentin buraxılmasına nail ola biləcəksinizmi? Bu yürüşlər, etirazlar nə qədər davam edəcək?
Cavab: Demokratiyanın məşhur yazılmamış qaydalarından biri budur ki, sən nəyi düzgün hesab edirsənsə, onu et. Biz düzgün hesab edirik ki, bu hakimiyyət parlamenti buraxmalıdır, əslinə qalsa hakimiyyətin özü də getməlidir. Bu istiqamətdə çalışırıq, cəmiyyəti, dünyanı bilgiləndiririk, ictimai müqaviməti, kütləvi etirazlar təşkil etmək istəyirik. Bu istiqamətdə addımlar atırıq. İnanıram ki, yekunda Azərbaycan xalqı istəyinə nail olacaq və bu məmləkətdə, gözəl Azərbaycanımızda demokratik bir cəmiyyət qurulacaq. Ona görə də bu səylərimizi dostlarımızla, silahdaşlarımızla, bütün cəmiyyətimizlə birgə davam etdiririk və sonda qələbəyə inanırıq.
Konkret olaraq, bu hakimiyyət ağlını başına yığıb parlamenti buraxacaq, buraxmayacaq? Onu da zamanında görəcəyik. Etməyəcəksə, mənə elə gəlir ki ərəb ölkələrində, digər ölkələrdə olan öz diktator həmkarlarının taleyindən də hər kəs nəticə çıxarmağı bacarmalıdır.
Sual: Bir qədər öncə hakimiyyət rəsmiləri müxalifətlə dialoqdan bəhs etdi. İctimai Palata isə hökumətə demokratiyaya yumşaq keçidlə bağlı konsepsiya təqdim edib. Bununla bağlı müzakirələr mümkündürmü, təkliflər alıbsınızmı? Münasibətiniz necədir?
Cavab: Bir ildən çoxdur ki, İctimai Palatanın avtoritarizmdən demokratiyaya keçidlə bağlı yol xəritəsi cəmiyyətə təqdim olunub, hökumətə isə rəsmən göndərilib. Hakimiyyət məsləyə heç bir rəsmi cavab verməyib. Ayrı-ayrı funksionerlər, məmurlar qeyri- ciddi cavablar verib. Əslinə qalsa bizi o cavablar ilgiləndirmir, maraqlandırmır. Eyni zamanda, hakimiyyət öz təklifini də verməyib, müzakirəlik heç bir məsələ ortaya çıxarmayıb. Buna görə də məsələ açıq qalmaqda davam edir.
Hakimiyyət bizim dəfələrlə dediyimiz kimi dialoqa hazır deyil, dialoqdan qorxur. Çünki bilirlər ki, dialoqda qaldırılan istənilən məsələ bizim haqlı, onların haqsız olduğunu göstərəcək. Razılaşacağıqsa, hakimiyyət qanunçuluğun gücləndirilməsi, rüşvətin aradan qaldırılması, haqqın-ədalətin bərqərar olması istiqamətində addım atmağa məcbur olacaq. Razılaşmayacağıqsa xalq görəcək ki, müxalifət xalq üçün nə isə təklif edir hakimiyyət isə buna qarşı çıxır. Ona görə də hakimiyyət hələ ki, dialoqa hazır deyil. Nə zaman hazır olsalar, yəqin ki, bizə də xəbər edəcəklər.
Sual: Yeri gəlmişkən, Elşad Abdullayev prezidentə müraciətində bildirir ki, hakimiyyətdə vəzifəli şəxslərdən ibarət Hacı Məmmədovdan da dəhşətli bir oğru qrup var. Yəni insan oğurluğu ilə məşğul olan qruplar var. O qardaşının tapılması üçün ümumilikdə indiyədək 9 milyon dollardan çox rüşvət verdiyini bildirir. Münasibətiniz?
Cavab: Hacı Məmmədov hadisəsi zamanında Azərbaycan cəmiyyətində bomba kimi partlamışdı. Uzun illər hüquq mühafizə orqanlarında belə cinayətkar qrupların mövcud olması, onların faktiki olaraq ən yüksək vəzifəli şəxslər tərəfindən himayə edilməsi, ölkədə saysız-hesabsız cinayətlərin məhz bu qrupla bağlı olması cəmiyyətdə doğrudan da şok effekti yaratmışdı. O zaman bu qrupu lokallaşdırıb həbslərə atdırdılar. Təbii ki, həmin adamlar öz cəzasını çəkməlidir.
Amma, bu qrupun arxasında dayanan, bu qrupu yaradan, bu qrupun mövcud olmasına imkan verən heç bir insan cəzalandırılmadı. Həmin şəxslər nəinki cəzalandırılmadı, hətta vəzifələrindədir, daha yüksək vəzifələrdədir. Bununla da o tendensiya aradan qalxmamış oldu. Ola bilər ki, daha ehtiyatla işləyirlər, çox sensasion hadisələrin baş verməməsinə çalışırlar. Amma hər şey onu göstərir ki, bu tendensiya davam edir. Zaman-zaman adam itkisi, adam oğurluğu ilə bağlı məlumatlar mediada da olur. Bunların müəyyən qisminin bu cür cinayətlərə aid olduğu heç kimdə şübhə doğurmur.
Bu hakimiyyət yalan və zorakılıq üzərində qurulmuş bir hakimiyyətdir. Bu hakimiyyət pul, sərvət toplamaq üzərində hədəfini seçmiş bir hakimiyyətdir. Təbii ki, belə bir hakimiyyət üçün adam oğurlamaq həm sərfəli bir biznesdir, milyonlarla pul yığırlar bu biznesdən. Həm də ki, cəmiyyəti qorxutmaq, insanları öz iradəsinə tabe etmək, susdurmaq, sındırmaq üçün bir repressiya vasitəsidir.
Müəllifdən: Azərbaycan iqtidarı hakimiyyətin azad, demokratik və şəffaf seçkilər yolu formalaşdığını bəyan edir. Azərbaycan prezidenti dəfələrlə çıxışlarında hökumətin xalq tərəfindən formalaşdırıldığını və xalqın iradəsinə tabe olduğunu deyib. Onun sözlərinə görə, xalq hazırkı iqtidarı dəstəkləməkdə davam edir.
Dövlət başçısı qurduğu hökumətin xalqa uğurla xidmət etdiyini və dünyada analoqu olmayan inkişafa nail olduğunu bəyan edib.