Müəmmər Qəzzafinin qacaq oğlu ələ keçirilib

  • Amerikanın səsi

Müəmmər Qəzzafinin qacaq oğlu ələ keçirilib

Liviyanın ordu rəsmiləri Müəmmər Qəzzafinin qacaq oğlu Seif Əl-İslam Qəzzafinin ələ keçirildiyini bildirib. O və onun bir neçə yardımçısı Obari şəhəri yaxınlığında tutulub. Bu şəhər Qəzzafinin digər oğlu Səədiyə sığınacaq verən Nigerlə sərhəd bölgədə yerləşir Liviya rəsmiləri Seif Əl-İslam Qəzzafinin Nigerə keçməyə cəhd etdiyini bildirib. Liviyanın müvəqqəti ədliyyə nazirinə istinad edən Associated Press onun tezliklə Tripoliyə aparılacağını xəbər verib.

Suriyanın baş naziri Əbdürrəhim Əl-Keyib bu gün təşkil edilən mətbuat konfransında onun ədalətlə mühakimə ediləcəyini bildirib.Seif Əl-İslam Qəzzafi Beynəlxalq Cinayət Məhkəməsinin qərarı ilə axtarışda idi.