Accessibility links

Müəmmər Qəzzafinin qətli müharibə cinayətidirmi?


Liviyada üsyan zamanı etirazlar
Liviyada üsyan zamanı etirazlar

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno-Okampo bildirib ki, Liviya lideri Müəmmər Qəzzafinin öldürülməsinin müharibə cinayəti olduğuna dair ciddi şübhələr mövcuddur. BMT-də keçirilən mətbuat konfransında prokuror Liviyanın müvəqqəti hökumətindən bu cinayətin araşdırılmasına dair izahat istənildiyini bildirib.O deyib ki, Qəzzafinin oğlu Seyfül İslam Qəzzafi və kəşfiyyat xidmətinin sabiq rəhbəri Abdulla Əl-Senussinin mühakiməsi ilə bağlı Liviyanın Milli Keçid Şurası ilə iş aparılır.

Şura Qəzzafinin oğlunun Liviyada mühakimə ediləcəyini bildirib. Beynəlxalq Cinayət Məhkəməsi prosesin ədalətli keçiriləcəyindən əmin olmaq istəyir.

Qəzzafi oktyabr ayında ələ keçirilərək öldürülmüşdü. Videolar onun ələ keçirilərkən sağ olduğunu nümayiş etdirmişdi. Lakin az sonra onun döyüldüyü və qan içərisində olduğu göstərilmişdi.


Liviyanın Milli Keçid Şurası Qəzzafinin ölümü ilə bağlı istintaqa görə təzyiqlər altındadır.



XS
SM
MD
LG