Müdafiə naziri Moskvaya gedir

Müdafiə naziri Zakir Həsənov

Zakir Həsənov Beynəlxalq Təhlükəsizlik üzrə konfransda iştirak edəcək
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə mayın 23-24-də Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü konfransda iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfər zamanı Z.Həsənovun Rusiya müdafiə naziri S.Şoyqu və İran müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.