Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb

Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib

Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən erməni tərəfi geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə erməni tərəfindən leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan ölüb.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib. Cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

Ermənistanın “Novosti Armeniya” saytı da yanvarın 23-nə keçən gecə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində iki erməni hərbçisinin həlak olduğunu yazır.