Mitt Romni Vaşinqton kokusunda asanlıqla qalib gəldi

  • Amerikanın səsi

ABŞ prezidentliyinə iddialı Mitt Romni Vaşinqton ştatında keçirilən kokusda Respublikaçı rəqiblərini asanlıqla üstələyib. Bununla da sabiq Massaçusets qubernatoru 10 ştatda praymeriz keçiriləcəyi Super Çərşənbə Axşamına böyük momentumla gedir.

Romni şənbə günü keçirilən kokusda səslərin 38 faizini qazanıb. İkinci yerə 25 faiz səslə Texaslı konqresmen Ron Paul, üçüncü yerə isə 24 faiz səslə Rik Santorum çıxıb.

Romni Facebook və Twitter vasitəsilə öz tərəfdarlarına təşəkkür edib.

Super Çərşənbə Axşamı keçiriləcək praymerizlərin Demokrat Prezident Barak Obamaya qarşı Respublikaçılar partiyasının vahid namizədini müəyyən edəcəyi gözlənilir.

Respublikaçılar arsında keçirilmiş ümummilli rəy sorğularına əsasən Romni 35 faiz, Santorum isə 24 faiz dəstəyə malikdir.