Accessibility links

Respublikaçı iddialılar Super Çərşənbə Axşamı ərəfəsində ştatları gəzirlər


Ohayo Respublikaçıları Rik Santorumu dinləyir
Ohayo Respublikaçıları Rik Santorumu dinləyir

Respublikaçı prezidentliyə iddialılar vahid namizədin müəyyən edilməsində həlledici mərhələ sayılan Super Çərşənbə Axşamı ərəfəsində ictimai dəstəyi artırmaq üçün bir neçə ştata səfər edirlər.

10 ştatda seçicilər noyabrda Demokrat prezident Barak Obama ilə prezident seçkilərində üzləşəcək Respublikaçı namizədi müəyyən edirlər.

Super Çərşənbə Axşamı günü Respublikaçıların qurultayına yollanacaq 419 nümayəndə seçilir ki, bunların sayı indiyədək müəyyən edilmiş nümayəndələrin sayına bərabərdir. Namizəd nominasiyanı təmin etmək üçün 1144 nümayəndə toplamalıdır.

Mitt Romni və Rik Santorum əsas diqqəti müşahidəçilərin yaxından izlədikləri Ohayo ştatına yönəldib. Burada rəy sorğuları sabiq Massaçusets qubernatoru Romni və sabiq Pennsilvaniya senatoru Rik Santorumun bərabər dəstəyə malik olduqlarını göstərir.

Nümayəndələrin sayına gəldikdə Romni hamıdan irəlidə gedir. O, son beş yarışda qələbə çalıb.

XS
SM
MD
LG