Mitt Romni partiyasının nominasiyasına daha da yaxınlaşıb

  • Amerikanın səsi

ABŞ prezidentliyinə Respublikaçı namizəd Mitt Romni Merilend, Viskonsin ştatları və Vaşinqton şəhərindəki ilkin seçkilərdə qələbə çalmaqla partiyasının nominasiyasına daha da yaxınlaşıb. Beləliklə o, nominasiyasıni təmin etmək üçün 600 nümayəndə əldə etmiş olur. Nominasiyanı qazanmaq üçün iddialı 1114 nümayəndə yığmalıdır.

Respublikaçıların nominasiyası uğrunda Romni ilə rəqabət aparan Rik Santorum yarışlardan geri çəkilməyəcəyini bəyan edib. Sabiq senator Santorum aprelin 24-də vaxtikən Konqresdə təmsil etdiyi Pennsilvaniya ştatında qələbə qazanacağına ümid bəsləyir. O, nominasiyası üçün 300-dən az nümayəndəyə malikdir.