Accessibility links

Mitt Romni İllinoysda qələbə çaldı


Respublikaçı prezidentliyə iddialı Mitt Romni çərşənbə axşamı İllinoys ştatında keçirilən praymerizdə inamlı qələbə çalıb. Bu qələbə onun partiyasının namizədi olmaq şanslarını xeyli gücləndirmiş olur.

Romni səslərin 47 faizini, sabiq ABŞ senatoru Santorum isə 35 faizini toplaya bilib. Başqa iki Respublikaçı iddialı, Ron Pol və Nyut Gingriç, səs baxımdan xeyli geridə qalıblar.

Dindar mühafizəkarların dəstəyini qazanmaqda çətinlik çəkən Mitt Romni üçün İllinoys qələbəsi xüsusi əhəmiyyət kəsb edir. Bu ştatda qələbə ona nominasiya qurultayına gedəcək 54 nümayəndənin əksəriyyətini bəxş edir ki, bu rəqəm onu namizəd olmaq üçün tələb olunan 1144-ə yaxınlaşdırır.

Prezident Obamanın doğma şəhəri olan Çikaqoda nitq söyləyən Mitt Romni Ağ Evdə yeni rəhbərliyə çağırıb.

XS
SM
MD
LG