Accessibility links

Barak Obama seçki kampaniyasına nəhəng maliyyə üstünlüyü ilə başlayır


Mart ayı Mitt Romni üçün maliyyə baxımdan çox uğurlu keçib. Amma Respublikaçı prezidentliyə iddialı Demokrat rəqibi Barak Obamadan hələ də xeyli geridə qalır.

Federal Seçki Komissiyasının açıqladığı rəqəmlərə əsasən, Romni ötən ay 12.7 milyon dollar toplayıb. Romnini dəstəkləyən güclü maliyyə imkanlarına malik super siyasi fəaliyyət komitəsi – "Gələcəyimizi Bərpa Edək" təşkilatı – mart ayında kampaniyaya 8.7 milyon dollar cəlb edib. Həmin pulun dörddə üçü xərclənməmiş qalır.

Demokrat qurumlar praymerizlə üzləşməmələrinə baxmayaraq 34.8 miyon dollar toplayıblar. Hazırda Obama kampaniyasının bankda 104 milyon dolları var.

Respublikaçılar və Demokratlar qarşıdan gələn seçki mövsümündə radio və televiziya reklamlarını maliyyələşdirmək üçün qızğın pul toplama yarışına çıxıblar. Tərəflərin seçki mövsümü əsnasında hərəyə bir milyard dollar toplayacağı güman olunur.

XS
SM
MD
LG