Accessibility links

Barak Obama veteranların təhsil xərclərini azaltmağa çağırır


ABŞ prezidenti Barak Obama deyir ki, vətən orduda xidmət edən oğul və qızlarının qayğısına daha yaxşı qalmalıdır.

Həftəlik radio və internet müraciətində cənab Obama bəzi kollec və universitetləri müharibədən qayıdan əsgər və veteranlardan sui-istifadə edərək pul qazanmaqda ittiham edib. Onun imzaladığı son qanun əsgərləri təhsil üçün maliyyə yardımı barədə mükəmməl qaydada məlumatlandırmağa xidmət edəcək. Prezident həmçinin bildirib ki, onun administrasiyası əsgərlərdən sui-istifadə etməyə çalışan məktəb və kreditorları təqib edəcək.

İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Ştatlarda qəbul edilən GI Bill adlı qanun veteranlara kollec təhsili almaq imkanı verdi. Həmin qanun ABŞ Əfqanıstan və İraqda müharibəyə başladıqdan sonra yeniləndi.

Respublikaçıların cavab müraciətində Viskonsindən konqresmen Pol Ryan cənab Obamanı ölkənin borc problemlərini qulaqardına vurmaqda günahlandırıb. Nümayəndələr Palatasında Büdcə Komitəsinin sədri qismində çalışan Ryan prezidenti idarəçilikdən çox “seçki kampaniyası” ilə məşğul olmaqda ittiham edib.

XS
SM
MD
LG