Misirdə seçkilərin ikinci raundu keçirilir

  • Amerikanın səsi

Misirdə seçkilərin ikinci raundu keçirilir

Keçən həftə İslamçı partiyaların da qatıldığı parlament seçkilərinin birinci mərhələsindən sonra Misirin iki böyük şəhəri və digər bölgələrində seçkilərin ikinci raundu keçirilir. Qahirə, İskəndəriyyə və 7 vilayətdə bu gün və sabah keçiriləcək seçkilərdə 498 yerlik aşağı palatada 52 yer uğrunda mübarizə gedir.

Keçən həftə keçirilən seçkilərdə yalnız 4 namizəd 50 faizi adlayaraq birbaşa qələbə çala bilib. Yerlərin yarısı uğrunda mübarizə İslamçı partiyalar Müsəlman Qardaşlarına məxsus Ədalət Partyiası və ultra radikal sələfləri təmsil edən Nur arasında gedir.

Ötən həftə Müsəlman Qardaşları 37 faizlə birinci, Nur partiyası 24 faizlə ikinci, liberal Misir Bloku isə 13 faiz səslə üçüncü yerə çıxmışdı.