Accessibility links

Misir hadisələri dünya mətbuatında


Misir hadisələri dünya mətbuatında
Misir hadisələri dünya mətbuatında

Forbes jurnalı yazır ki, ABŞ-ın son 50 ildə etdiyi ən böyük səhvi 1979-cu ildə Cimmi Karterin İran şahından hakimiyyətdən getməyi tələb etməsi olub. Bu səhvə səbəb Cimmi Karterin İranda hamiyyətə kimin gələcəyinə əhəmiyyət verməməsi olmuşdu.

Misirdə baş verən hadisələr dünya mətbuatının gündəmində qalmaqdadır. Bəzu mətbuat orqanlarının Misir barədə yayımladığı maraqlı yazılardan hissələri diqqətinizə çatdırırıq.

Reuters xəbər agentliyi Təhrir meydanında etiraz aksiyasına qoşulan insanlardan qısa müsahibələr alıb. Onlardan bəzilərini xülasə ilə təqdim edirik:

Afaf Naqed – 71 yaş, Misir Milli Bankının direktorlar heyətinin sabiq üzvü:

“Mən bu gün buraya birinci dəfədir gəlirəm, çünki bu kabinet uğursuzdur. Mübarək hələ də iyrənc insanlarla görüşür. O, hər şeyin bitdiyinə inana bilmir. O çox inadkardır. Bundan başqa, dövlət mətbuatı da bizə yalan danışır”.

Mühsin Ənvər, 50 yaşlarında müəllim:

“Birinci dəfə insanlar buraya gəlməkdən qorxurdu, ancaq indi onlar həqiqətin nədən ibarət olduğunu görür. İnsanlar təngə gəlib.”

Cabir Yusif Hüseyn, 52 yaşlı turist bələdçisi:

“Günbəgün bura gələnlərin sayı artır. Allah Mübarəki ifşa edir. Ömər Süleyman məhdud vaxt kəsimi üçün prezident ola bilər, ancaq biz liberal demokratiya istəyirik. Mübarək getməsə, mən burada öləcəyəm”.

Əmir Fatih 25 yaşlı cərrah:

“Birinci gündür buraya gəlirəm, çünki bugünədək hospitalda çox məşğul idim. Ümid edirəm etirazlar davam edəcək və biz daha çox şeyə nail olacağıq. Əvvəllər insanlar rejimin yıxıla biləcəyinə inanmırdı, ancaq indi onların düşüncə tərzi dəyişib”.

Reuters xəbər agentliyi Facebook istifadəçilərindən birindən də sitat gətirir:

“Vael Qonimin müsahibəsini görüb sabah Təhrir meydanına gəlməyən daş ürəklidir”.

The Wall Street Journal Misrin iqtisadi vəziyyətini gündəmə gətirir. Məqalədə yazılır ki, Misrin Mərkəzi Bankı Misir poundunu almaq üçün valyuta bazarına daxil olub. Belə ki, ölkədə idxal məhsullarının qiymətlərinin sürətlə artması təhlükəsi var. Poundların alınması valyuta bazarında Misir pulunu həftənin əvvəlində tutduğu yerə qaytarıb. Misir Poundu Hüsnü Mübarəki qarşı baş qaldıran nümayişlər səbəbilə ciddi ziyan görüb.

Forbes jurnalı isə yazır ki, ABŞ-ın son 50 ildə etdiyi ən böyük səhvi 1979-cu ildə Cimmi Karterin İran şahından hakimiyyətdən getməyi tələb etməsi olub. Bu səhvə səbəb Cimmi Karterin İranda hamiyyətə kimin gələcəyinə əhəmiyyət verməməsi olmuşdu. Məqalədə yazılır ki, Misirdə baş qaldıran son hadisələrdən sonra Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə son qoyulacağı təqdirdə “hakimiyyət boşluğu”nun doldurulməsı məsələsində də İranla eyni vəziyyət yaranacaq. Dünya Misir Qərb demorratiyasının qurulmasını vacibliyini alqışlasa da, Müsəlman Qardaşları kimi təşkilatlarının ölkədə illər boyu Şəriət qanunlarının tətbiq olunması tələbini unutmaq olmaz. “Bu boşluğun doldurulması üçün isə Müsəlman Qardaşları əllərindən gələni edəcək”- deyə jurnal yazır.

XS
SM
MD
LG