Accessibility links

Misirdə seçkilərin ikinci raundunda islamçı partiyalar arasında gərgin rəqabət gedir


Misirdə seçkilərin ikinci raundunda islamçı partiyalar arasında gərgin rəqabət gedir
Misirdə seçkilərin ikinci raundunda islamçı partiyalar arasında gərgin rəqabət gedir

Misirdə parlament seçkilərinin ikinci raundu keçirilir. Səsvermə islamçı partiyalar arasında ölkənin iki ən böyük şəhəri və yeddi vilayətində seçicilərin səslərini almaq üçün gərgin rəqabət şəraitində keçir.

Qahirə və İsgəndəriyyə şəhərləri və digər vilayətlərdə 52 yer uğrunda səsvermə bu gün başa çatmalıdır. İyirmi dörd seçki məntəqəsində rəqabət Misirin iki ən böyük islamçı qrupları olan Müsəlman Qardaşlarının Azadlıq və Ədalət partiyası və ultra-mühafizəkar Sələfilərin Nur partiyası arasında gedir.

Müşahidəçilər partiyalar arasında gərgin rəqabətin mövcud olduğunu, bəzi məntəqələrdə Nur tərəfdarlarının Müsəlman Qardaşlarının seçki fəallarının səsvermə məntəqəsindən çıxmasını tələb etdiyini deyir. Seçkilərin birinci raundunda hər iki partiya yaxşı nəticələr göstərmişdi. Müsəlman Qardaşları səslərin 37, Nur isə 24 faizini almışdı. Sərt xətt tərəfdarı Sələfilərin seçkilərdə irəli çıxması liberal misirlilər arasında onların vətəndaş azadlıqların məhdudlaşdırılacağına dair narahatlıqlara səbəb olub.

Litvada Avropa forumunda danışan ABŞ Dövlət katibi Hillari Klinton Vaşinqtonun Misirdə demokratik seçki prosesinin bütün iştirakçılarının qadın hüquqları da daxil olmaqla, universal insan hüquqlarını müdafiə edəcəyi və dini etiqad azadlığını təmin edəcəyini gözləyir.

Xanım Klinton habelə Misirin hərbi rəhbərlərini seçki prosesinin azad və ədalətli şəraitdə keçməsini və hakimiyyətin yeni mülki hökumətə təhvil verildiyini təmin etməyə səsləyib. Gələn həftələr ərzində Misirin qalan 18 vilayətində parlamentin aşağı palatasına iki mərhələdə seçkilər keçiriləcək.

XS
SM
MD
LG