Jurnalist ittihamları rədd edərək həbsinin qurama və siyasi motivli olduğunu bildirib
Milli Təhlükəsizlik Nazirliyi (MTN) ibtidai istintaqın nəticələrinə görə həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimliyə 228.2..2-ci maddə (odlu silahı təkrar qanunsuz saxlamaq) ilə yeni ittiham irəli sürüb.
Bu barədə Amerikanın Səsinə P.Həşimlinin vəkili Elçin Sadıqov bildirib.
Bundan öncə MTN Həşimlini İrandan qaçaq yolu ilə gətirdiyi 5 tapançanı satış məqəsdilə almaqda ittiham edib. Buna görə MTN Həşimliyə Cinayət Məcəlləsinin 206.3.2-ci (əvvəlcədən bir neçə şəxsin ilkin razılaşması üzrə qaçaqmalçılıq) və 228.2.1-ci (əvvəlcədən bir neçə şəxsin öncədən razılaşması əsasında qanunsuz silah saxlamaq) maddələri ilə ittiham elan etmişdi.
Vəkil Elçin Sadıqov istər yeni. istərsə də köhnə ittihamları “qanunsuz və siyasi motivli” adlandırıb.
“Bizim yol” qəzetinin əməkdaşı, “moderator.az” saytının rəhbəri P.Həşimli 2013-cü il sentyabrın 17-də saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Jurnalist ittihamları rədd edərək həbsinin qurama və siyasi motivli olduğunu bildirib.