Vəkil Elçin Sadıqov noyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəsiçi Pərviz Həşimli ilə görüşüb.
Bu barədə vəkil Facebook sosial şəbəkəsində yazıb.
Onun yazdığına görə jurnalistin səhhəti ağırdır.
“Bu üsulla onu həyatdan bezdirmək, özünə ümidsizlik, inamsızlıq və acizlik yaratmaq istəyirlər. Onun sağlamlığına qəsd edirlər. Həyatına olan təhlükədən qorxduğu üçün yeməkləri də yeyə bilmir. Özünü çox halsız hiss edirdi. Bildirdi ki, sabah istintaq təcridxanasının rəisinə məktub yazıb gələn həftənin birinci günündən (noyabrın 25-dən) aclıq aksiyasına başlayacaq. Tələbi isə ailəsi ilə görüşə icazə verilməsi, insan həyatına təhlükəli olmayan və insan ləyaqətini alçaltmayan şəraitdə saxlanılması üçün Bakı İstintaq Təcridxanasına köçürülməsi və müdafiə hüququnun həyata keçirilməsinə şərait yaradılması, dövlət orqanlarına və məhkəmələrə özünün yazdığı şikayətlərinin göndərilməsidir”, deyə o yazıb.
Vəkil onu da qeyd edib ki, Həşimli ilə təcridxanada görüşdən çıxandan sonra yenə də MTN-də qeydlərini məcburi şəkildə əlindən alıblar.
Jurnalist sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbayel rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.