Bloger Mehman Hüseynov azad buraxılıb (Yenilənib-1)

Mehman Hüseynov

Bloger Mehman Hüseynov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 30 dəqiqəyədək dindirlidikdən sonra yerli vaxtla saat 17-də azad buraxılıb. Bu barədə hüquqşünas günay İsmayılova Amerikanın Səsinə bildirib.

***

Mehman Hüseynov saat 16.10-dək Səbael rayon Polis İdarəsində saxlandıqdan sonra indiki anlarda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə gətirilib.

Mehman Hüseynov polis idarəsindən çıxarkən bildirib ki, onu prokurorluqda dindirəcəklər.

Xatırladaq ki, Hüseynov bir neçə gün öncə də Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirlib.

***

Bu gün səhər saat 8.30-da tanınmış bloger Mehman Hüseynov Bakı Hava limanında saxlanılıb. Ona ilk öncə pasportunda problem olduğu deyilib və sonra Hava Nəqliyyatında Polis İdarəsinə aparıblar. Bu barədə hazırda Hava Nəqliyyatında Polisi İdarəsinin qarşısında olna hüquqşünas Günay İsmayılova Amerikanın Səsinə bildirib.

Mehman Hüseynov ATƏT-in noyabrın 10-11-də Tbilisidə keçirəcək tədbirində iştirak etmək üçün Gürcüstana gedirmiş.

Öz növbəsində Hava Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsindən Amerikanın Səsinə Mehman Hüseynovun Səbael rayon Polis İdarəsi tərəfindən axtarışda olduğu üçün saxlanıldığını bildirblər. “O Səbael rayon Polis idarəsinə təhvil veriləcək”, deyə növbətçi hissədən deyiblər.

Amma Mehman Hüseynovun hansı səbəbdən axtarıldığı barədə məlumat verilməyib.

Xatırladaq ki, 2012-ci il iyunun 6-da Səbael Rayon Polis İdarəsinin istintaq şöbəsində Mehman Hüseynova qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanıb. O, həmin il mayın 21-də İctimai Palatanın Bakı meriyası qarşısında keçirdiyi razılaşdırılmamış aksiyada polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunur.Bloger 12-də tutulub, iyunun 13-də sərbəst buraxılıb və ona ölkəni tərk etmək qadağası qoyulub.

Mehman Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun qardaşıdır. Bu il avqustun 8-dən Emin Hüseynovun harada olduğu bilinmir. Belə ki, həmin gün RATİ-nin ofisində və Hüseynov qardaşlarının ata evində axtarış aparılıb. Avqustun 11-də hüquq mühafizə orqanları RATİ-nin Bakıdakı ofisinin qapılarını möhürləyib.