Accessibility links

Mehman Hüseynov: Həbsimi gözləyirəm [Video - Müsahibə]


Mehman Hüseynov: Həbsimi gözləyirəm
please wait

No media source currently available

0:00 0:08:12 0:00

Mehman Hüseynov: Həbsimi gözləyirəm

O İlkin Rüstəmzadənin günahlandırıldığı rəqsdə oynayıb

Gənc bloger Mehman Hüseynov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda son dövrlər sosial şəbəkə fəallarının həbsi, İlkin Rüstəmzadənin rəqsə görə xuliqanlıqda ittiham edilməsi, beynəlxalq mükafata layiq görülməsindən danışıb. Onun Facebook-da 90 min izləyicisi var.

Müsahibədən sitatlar:

O sosial şəbəkələrdə aktivliyinə görə həbs edilib.
- İlkin Rüstəmzadənin həbsinin əsas səbəbi “Harlem Shake” rəqsi deyil. O sosial şəbəkələrdə aktivliyinə görə həbs edilib.

- Rəqsin iştirakçılarından biri də mənəm, orada xuliqanlıq və hakimiyyət nümayəndələrinə tabe olmama hadisəsi baş verməyib.

- Orada sadəcə rəqs olub. Məqsədimiz qısa bir video çəkmək idi. Bu rəqs dünyanın hər yerində oynanır.

Bu rəqs dünyanın hər yerində oynanır.
- Bu cür rəqs aksiyasını “İrəli” İctimai Birliyi də təşkil etmişdi. Əgər İlkin Rüstəmzadə bu rəqsdə iştiraka görə xuliqanlıqda ittiham edilirsə, başqa gənclər təşkilatları niyə ittiham edilmir? Bu bir daha göstərir ki, İlkin Rüstəmzadənin həbsi sırf siyasidir.

- Məni də NİDA-çıların həbsi ilə bağlı istintaqa şahid qismində dəvət ediblər. Orada bu rəqslə bağlı da suallar verdilər. Orada etiraz və ya xuliqanlıqla bağlı sual olmadı. Yalnız dedilər ki, bu videoda məqsədiniz nə idi.

Artıq insanları həbs etmək üçün növlər qalmayıb.
- Artıq insanları həbs etmək üçün növlər qalmayıb. İndi də rəqsə görə həbs edirlər. Qabaqlar narkotiklə və başqa yollarla həbs edirdilər. İndi bu üsullarla irəli gedə bilmirlər. Ona görə də rəqs edəni tuturlar. Başqa yol qalmayıb.

- Mənin sosial şəbəkələrdə 90 min izləyicim var.

- Hər dəfə gənclərin həbsindən sonra sosial şəbəkələrdə bir müddət sakitlik olur. Amma, sonradan yenidən fəallıq artır. Bəlkə də ilk anlarda insanlara həbslər
Bunlar son həbsləri gənclər arasında xof yaratmaq məqsədi ilə ediblər.
təsir edir. Bunlar son həbsləri gənclər arasında xof yaratmaq məqsədi ilə ediblər.

- Məni də həbs edə bilərlər. Əgər İlkin Rüstəmzadəni həmin videoya görə həbs ediblərsə, orada mən də varam. Bu səbəbdən həbsimi gözləyirəm.
XS
SM
MD
LG