İqtisadçı Mehdi Nəimi Amerikanın Səsinə müsahibədə İranın iqtisadi siyasətlərində prezidentin rolunu şərh edib. O, həmçinin İranda prezident seçkilərində namizədlərin iqtisadi vədlərinin seçicilər üzərindəki təsirini dəyərləndirib.
Your browser doesn’t support HTML5
Mehdi Nəimi İranda iqtisadiyyat sükanının heç vaxt bu sahənin mütəxəssislərinin əlinə verilmədiyini ifadə edir. O, həmçinin iqtisadi siyasətlərdə prezident və kabinetinin böyük bir rol oynamadığını vurğulayır.
Beyti-Rəhbər (ali dini liderin ofisi) dediyimiz yerə bağlı olan iqtisadi qurumlar var. Hökümətdə heç bir vəzifələri yoxdur, amma onların da əllərində böyük sərmayələr var. Özlərinə görə bir dövlətdirlər.
“Prezident və kabineti iqtisadiyyatda çox rol oynamır. Çünki, İran hakimiyyətinin başqa qurumları kabinetdən daha çox iqtisadi sahələrə yerləşiblər. Sepah (İslam İnqilabı Qvardiyası) İranda bir iqtisadi gücdür. Yəni, həm iqtisadi gücü, həm də əlində silahı vardır ki, sözünü yürüdə bilir. Son zamanlarda Sepah İranda başarılı özəl şirkətləri seçir və zorla satın alır. Pul verir, amma satanlar istəməyərək satır,” ekspert söyləyir.
Onun dediklərinə görə, “Beyti-Rəhbər (ali dini liderin ofisi) dediyimiz yerə bağlı olan iqtisadi qurumlar var. Hökümətdə heç bir vəzifələri yoxdur, amma onların da əllərində böyük sərmayələr var. Özlərinə görə bir dövlətdirlər. Təsirli siyasətlər kabinetdə deyil, başqa yerlərdə müəyyənləşir. O yerlərin bir hərəkəti ilə İranda iqtisadiyyatın təməlləri sarsılır.”
Mehdi Nəimi Həsən Ruhani və İranın keçmiş prezidentlərinin hökümət dönəmlərinə diqqət çəkərək seçkilərdə verilən iqtisadi vədlərin heç vaxt yerinə yetirilmədiyini ifadə edir:
SEE ALSO: Cəlal Rövşən: Xameneyi üçün seçkilərdə iştirak səviyyəsi növbəti prezidentin kim olmasından daha önəmlidir“İndiyə qədər prezidentliyə namizədlərin seçki şüarları elə iqtisadi şüarlar olub. İnsanlar da artıq əllərini qarınlarına qoyublar ki, necə doyacaqdır. Amma o tərəfdən də baxmırlar ki, bu prezidentliyə aday olmuş şəxslərin verdiyi şüarlar o qədər də doğru-düzgün nətiləcələnməyəcək. Necə ki, bundan əvvəl də nəticələnməyib.”
Sepah (İslam İnqilabı Qvardiyası) İranda bir iqtisadi gücdür. Yəni, həm iqtisadi gücü, həm də əlində silahı vardır ki, sözünü yürüdə bilir.
İqtisadçı əlavə edir, “misal biz tutaq ki, çox düzgün bir prezident gəldi, kabinetini də seçdi və höküməti ələ aldılar. Amma, o tərəfdən görürsən ki, bir molla bir söz danışır və bunun iqtisadiyyata təsiri olur. Hökümət iqtisadi siyasətlərdə bir düzəliş etmək istəsə, baxırsan o tərəfdən Sepah bir raket fırladır və hər şeyi alt üst edir. Hələ mən sağlam bir kabineti nəzərdə tuturam. Halbuki, o da olan deyil.”
Mehdi Nəimi artıq xalqın əksəriyyəti belə vədlərlə ümidlənməyəcəyini söyləyir.
“Keçmiş dövrlərdə məsələn bir namizəd qalxıb deyirdi ki, mən bu qədər subsidiya verəcəyəm və bu, dillərə düşürdü. O biri deyirdi, mən daha çox pul verəcəyəm və diqqət çəkirdi. Ancaq indi millətin bir çoxunun ümidi üzülüb,” deyə o, əlavə edir.