Koronavirus pandemiyası səbəbilə dünyada iqtisadi fəallığın olduqca yavaşıladığı müşahidə olunur. Amerikanın Səsinə danışan iqtisadçi Mehdi Nəiminin sözlərinə görə, dünyada mövcud iqtisadi durğunluğu iqtisadi böhran adlandırmaq üçün bu vəziyyətin uzun müddət davam etməsi tələb olunur.
Mehdi Nəimi deyir ki, “koronavirus olmasaydı da, uzmanların görüşüncə, dünya üç gizli böhranla qarşı-qarşıya idi.”
Koronavirus olmasaydı da dünya o böhranlara doğru getməkdə idi.
O, pandemiya səbəbilə ilə bu gizli iqtisadi böhranların daha tez aşkara çıxa biləcəyini önə çəkir.
Ekspert həmin istiqamətdə dövlətlərin aşırı borclanması, inkişaf etmiş ölkələrdə əhalinin azalması və qloballaşmanın yavaşılamasına işarə edir.
“Koronavirus olmasaydı da dünya o böhranlara doğru getməkdə idi. İqtisadçıların dediyinə görə, ölkələr keçmiş illərə görə daha şiddətli bir şəkildə borclanmağa gedirdilər... Başqa bir məsələ isə ortalama yaş məsələsidir. Özəlliklə inkişaf etmiş ölkələr yaşlanmağa doğru gedirlər... Koronavirus bu problemləri bir miqdar önə çəkdi,” iqtisadi ekspert söyləyir.
O, hesab edir ki, əhalisi yaşlanan inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən böyük şirkətlər mallarını daha gənc əhalisi olan ölkələrdə istehsal etməyə davam edəcəklər. O, qloballaşma prosesinin bu mənada daha da sürətlənəcəyini irəli sürür.
Belə durumlarda dövlətlərin üzərinə daha artıq məsuliyyət düşür. Dövlətlər də allahdan istəmiş kimi meydana gələ bilirlər ki, bununla hakimiyyətlərini də bir növ gücləndirsinlər.
“Düşünun ki, bir şirkət olduğu ölkədən daşınır və başqa ölkədə mallarını istehsal edir. Bunun başqa bir üzü də o ölkədə istehsal etdiyi malları necə satması idi. Bəlkə bu ikinci məqamda bir miqdar dəyişiklik olacaqdır... Qlabalşamada sürətin azalması Trampın gəlməsi ilə başladı. Tramp bunu bəzi yerlərdə tutdurdu, kimi yerlərdə də tutdura bilmədi,” Nəimi qeyd edir.
İqtisadçı əlavə edir, “bundan sonra malların daşınması bəlkə keçmişdəki qədər rahat olmaya, bəzi dəyişikliklər ola və sərhədlər yavaş yavaş qapanmağa doğru gedə. Buradakı incə məqam budur ki, malın dağıdılması və satılması məsələsində dəyişiklik olacaq.”
İqtisadi ekspert müsahibədə həmçinin pandemiya səbəbilə özəl sektorun zəiflənəcəyinə dair şərhlərə diqqət çəkib:
“Belə durumlarda dövlətlərin üzərinə daha artıq məsuliyyət düşür. Dövlətlər də allahdan istəmiş kimi meydana gələ bilirlər ki, bununla hakimiyyətlərini də bir növ gücləndirsinlər. Ümumi mənfəətlərin təhlükəyə düşdüyü zaman dövlətin rolu ortaya çıxır. Koronavirus məsələsində də görürük ki, bu rol güclü şəkildə dövlətin üzərinə düşüb. Bu, dövlət sektorunun güclənməsinə nədən ola bilər. Amma özəl sektor da keşmişdəki kimi gücsüz deyil. Bu sağlıq böhranının kontrol altına alınmasından sonra özəl sektor da qaldığı yerdən davam edib və canlamağa başlayacaq.”