Mehdi Nəimi İran Azərbaycanından ölkənin digər bölgələrinə olan mühacirət səviyyəsini “anormal” və “düşündürücü” olaraq dəyərləndirir. Amerikanın Səsinə danışan iqtisadçının sözlərinə görə, İran Azərbaycanının bəzi şəhərlərin hazırkı əhalisinin təqribən iki qatı Tehran kimi şəhərlərə mühacirət edib.
Nəimi müharibə, təhlükəsizliyin olmaması, ölümcül xəstəliklərin yayılması, qıtlıq və quraqlıq kimi problemləri, habelə insanların daha düzgün həyat axtarışını dünyada mühacirətin ümumi səbəbləri kimi sadalayır.
Hər hansı bir tələbəni nəzərə alın ki, Azərbaycanın xaricində bir universitetdən qəbul alıb. Artıq onun geri dönüb öz şəhərində, öz kəndində iş tapacağına o qədər arxayınlığı yoxdur.
Amma onun sözlərinə görə, “Güney Azərbaycandan mühacirətlərin başqa səbəbləri də vardır.”
O hesab edir ki, Pəhləvi dönəmində sənayeləşmənin səhv və balanssız bir şəkildə həyata keçirilməsi nəticəsində yoxsul bölgələrdən sənayeləşmiş bölgələrə geniş mühacirətlər başlanıb:
“Güney Azərbaycanda bəzi kəndlərimizdən iqtisadiyyatı o kəndlərə görə bir miqdar daha çox inkişaf etmiş şəhərlərə köç oldu. Bu, kəndlərin boşalmasına səbəb olub. Ancaq ondan çoxu artıq elə kəndli və şəhərli hamısı İranın digər böyük şəhərlərinə, yəni Azərbaycandan xaric bölgələrə getdilər. Xüsuilə Tehran, habelə İsfahan, Yəzd, Kirman və Buşehr kimi şəhərlərə. Harada bir tikə çörək var idisə oralara aşırı dərəcədə mühacirətlər oldu. Pəhləvi dönəmində bunun çox sürətli bir şəkildə olduğunu görürük.”
Mehdi Nəimi deyir ki, İran Azərbaycanından mühacirət səviyyəsində narahatedici bir anormallıq var:
Ailə fərdlərindən biri Azərbaycandan qıraqda yaşayırsa, o digər yaxınlarını da çəkib aparmağa imkan yaradır. Özlərinə getdikləri yerdə kolonilər şəklində yer-yurd hazırlayırlar. Daha onlar üçün Azərbaycanda yaşamağa bir cazibə yoxdur.
“Türklərin əhalisinə nisbət gözə gəlməyən bir miqdarda mühacirət olsaydı, deyərdik ki, bu təbiidir. Ancaq göstəricilərə baxdığımızda anormallıq görürük. Bu anormallıq düşündürücüdür. Dünyanın hər yerində mühacirət vardır. Amma anormal şəkildə deyil və o toplumların əhalisinə görə də gözə gəlmir.”
İran Azərbaycanından hər hansı səbəbə görə Tehran kimi şəhərlərə mühacirət edənlər, Mehdi Nəiminin dediklərinə görə, daha sonra digər yaxınlarının da mühacirətinə şərait yaradırlar.
“Hər hansı bir öyrəncini nəzərə alın ki, Azərbaycanın xaricində bir universitetdən qəbul alıb. Artıq onun geri dönüb öz şəhərində, öz kəndində iş tapacağına o qədər arxayınlığı yoxdur. Mühacirət bəzən şəbəkə şəklində olur. Ailə fərdlərindən biri Azərbaycandan qıraqda yaşayırsa, o, digər yaxınlarını da çəkib aparmağa imkan yaradır. Özlərinə getdikləri yerdə kolonilər şəklində yer-yurd hazırlayırlar. Daha onlar üçün Azərbaycanda yaşamağa bir cazibə yoxdur,” iqtisadçı söyləyir.
Nəimi İran Azərbaycanının bəzi bölgələrindən mühacirət edənlərin sayının digər bölgələrə nisbətən daha artıq olduğunu önə çəkir. Onun söylədiklərinə görə, bəzi şəhərlərdən Tehrana mühacirət edənlərin sayı o şəhərlərin hazırkı əhalisinin haradasa iki qatı qədərdir.
“Ərdəbil, Sarab, Miyana, Sərəskənd (Heştəri) kimi şəhərlədən mühacirət çox olub. Bunu bunların əhalisinin faizinə görə deyirəm. Digər bölgələrdən də mühacirət çoxdur. Amma məsələn Sarabın indiki əhalisinin iki qatı mühacirət edib getdiyində bu düşündürücüdür. Yəni bu gün nüfusu X isə, 2X qədəri də Tehrana yerləşib. Hələ başqa vilayətlərə gedənləri demirik,” o, bildirir.
Sarab şəhərinin indiki əhalisinin iki qatı mühacirət edib getdiyində bu düşündürücüdür
Mehdi Nəiminin dediklərinə görə, “bəzi bölgələrdən mühacirət edənlər Azərbaycanın başqa bölgələrinə köçüblər. O cümlədən, Qaradağdan mühacirət daha çox Təbriz və Urmiyəyə doğru olmuşdur. Ancaq Ərdəbil, Sarab, Miyana, Sərəskənd və Zəncandan köçənlər ümumiyyətlə Azərbaycanın xaricinə köçüblər. Təbriz və Urmiyədən Ərdəbil qədər mühacirət olmayıb. Onların müəyyən təbəqələrində mühacirət vardır.”