Liviyanın Müvəqqəti Keçid Şurasının rəhbəri rəqib döyüşçüləri təbrik edib

  • Amerikanın səsi

Liviyanın Müvəqqəti Keçid Şurasının rəhbəri rəqib döyüşçüləri təbrik edib

Liviyanın Müvəqqəti Keçid Şurasının rəhbəri Tripoliyə daxil olan rəqib döyüşçüləri təbrik edərək, Müəmmar Qəzzafinin devrilməsinin sonuncu mərhələsinə çatıldığını bildirib. Benqazi şəhərində danışan Mustafa Abdel Cəlil mülki əhali və mülkiyyətlərin müdafiəsinə çağırıb. O, insanları təmkin nümayiş etdirməyə, qanunsuzluqlara yol verməməyə səsləyib. Cəlil bildirib ki, Qəzzafidən sonrakı Liviya qanunlar ölkəsi olacaq və Qəzzafi dövründə ölkəyə ziyan vuranlar ədalət məhkəməsi ilə üzləşəcək. Müvəqqəti Keçid Şuradının rəhbəri deyib ki, ədalət yerini tapmalıdır. O, beynəlxalq ictimiayyətə Liviyaya göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.