Liviyanın müvəqqəti hökuməti NATO-nu ölkədəki missiyasını uzatmağa çağırıb

  • Amerikanın səsi

Liviyanın müvəqqəti hökuməti NATO-nu ölkədəki missiyasını uzatmağa çağırıb

Liviyanın müvəqqəti hökuməti NATO-nu ölkədəki missiyasını an azı ilin sonunadək davam etdirməyə çağırıb. Milli Keçid Şurasının başçısı Mustafa Əbdül Cəlil bu gün deyib ki, belə bir addım ölkədə qalan Qəzzafi tərəfdarlarından qorunmaq üçün atılmalıdır. Cənab Cəlil bu çağırışı Müəmmər Qəzzafinin öldürülməsindən sonra beynəlxalq ictimaiyyətin Liviya ilə bağlı planlarını müzakirə etmək üçün Qatarda keçirdiyi konfransda edib.

Bu arada isə NATO-nun Liviyadakı 7 aylıq missiyasının sona yetirilməsi barədə müzakirələr aparmaq üçün təşkilata üzv dövlətlərin nümayəndələri Brüsseldə bir araya gəlmiş, lakin Liviyanın müvəqqəti hökuməti ilə bir daha məsləhətləşmələr aparmaq məqsədi ilə yığıncağı cümə gününə keçirmişlər. Keçən həftə NATO Liviyadakı missiyasını oktyabr ayının 31-də başa vuracağını bəyan etmişdi.