Liviya üsyançıları Qəzzafinin oğlunun öldürüldüyünü xəbər verir

  • Amerikanın səsi

Liviya üsyançıları Qəzzafinin oğlunun öldürüldüyünü xəbər verir

Liviya üsyançıları bildirirlər ki, NATO hava zərbələri Liviya lideri Müəmmər Qəzzafinin oğlu Xamisi və onun 30 silahdaşını öldürüb. Üsyançıların sözçüsü hava zərbəsinin Ziltan yaxınılığında endirildiyini söyləyib. Aylardır ki, burada hökumət qüvələri ilə üsyançılar döyüşlər aparır.

Liviya hökumətinin sözçüsü Musa İbrahim xəbərləri "saxta" adlandıraraq bunun qərbi Ziltan şəhərində mülki vətəndaş itiklərini ört-basdır etmək məqsədi güddüyünü bildirib.

Xamis Qəzzafinin öldürülməsi müstəqil mənbələr tərəfindən təsdiq olunmayıb. NATO-nu Neapoldakı qərargahından rəsmilər verilən xəbərləri araşdırdıqlarını bildirirlər.

Xamis Qəzzafi atasına məxsus hərbi qüvvələrin aparıcı komandirlərindən biri olub. Onun ölümü Liviya liderinin üsyanı yatırmaq səylərinə güclü zərbə vura bilər.