ABŞ-ın NATO-dakı keçmiş səfiri və Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Amerikanın Səsinə müsahibəsində ABŞ Prezidenti Co Baydenin Kyivə səfərini, Putinin nüvə silaharından istifadə ehtimalıını və Rusiya ilə Ukrayna arasında sülh perspektivlərini şərh edib.
Amerikanın Səsi: ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya müdaxiləsinin birinci ilkdönümünə bir neçə gün qalmış bazar ertəsi gözlənilmədən Kyivə səfər edib. Bu, ilk dəfədir ki, ABŞ prezidenti ABŞ-ın hərbi mövcudluğunun olmadığı aktiv müharibə zonasına səfər edir. Baydenin səfəri müharibənin gələcəyi üçün nə dərəcədə vacibdir?
SEE ALSO: Ukraynaya elan edilməmiş səfəri zamanı Bayden "dünya sizinlədir" deyib
Kurt Volker: Məncə onun səfəri son dərəcə mühümdür, çünki bu, simvolik olaraq onun Birləşmiş Ştatların etibarı və nüfuzunu Ukraynanın bu müharibədəki uğuru ilə əlaqələndirdiyini göstərir. Bu da çox vacibdir. Bildiyiniz kimi, ABŞ-ın Ukraynaya yardımı ləng olub, zamanla yavaş-yavaş artıb. Hər şeyi birdən etməmişik. Biz hələ də müəyyən sistemləri, o cümlədən üç yüz kilometr məsafə qət edə bilən uzun-mənzilli artilleriya və ya çoxməqsədli təyyarələr verməmişik.
Məncə onun oraya getməsi ABŞ-ı mümkün olan hər şeyi etməyə vadar etməlidir. Onlar hələ ki, belə bir şey deməyiblər. Bunun olub-olmayacağını görəcəyik. Amma onun Birləşmiş Ştatların nüfuzunu münaqişədəki uğurla əlaqələndirməsi çox vacibdir.
Amerikanın Səsi: Ukrayna prezidenti Volodimir Zelenski Qərbə müraciət edərək Ukraynanı hava məkanına daha yaxşı nəzarət etməsinə yardım edəcək döyüş təyyarələri ilə təmin etməyə çağırıb, lakin ABŞ hələ ki, F-16-lar göndərməyə razılıq verməyib. Baydenin Ukraynaya səfərini və ABŞ-ın hər iki partiyasından ibarət bir qrup qanunvericinin prezident Co Baydenə Ukraynaya döyüş təyyarələri göndərməsi üçün birbaşa təzyiq etdiyini nəzərə alsaq, sizcə, bu, yaxın gələcəkdə mümkün ola bilərmi?
SEE ALSO: Rayan MakBet: Qərbin yaxında Ukraynaya döyüş təyyarəsi göndərmək ehtimalı azdırKurt Volker: Mən belə bir ehtimalın olduğunu düşünürəm. Məncə bunun baş verə biləcəyi o emək deyil ki, bu dərhal baş verəcək. Düşünürəm ki, biz administrasiyanın nəhayət ki, hələ də qəbul etmədiyi qərara gəlib, Ukraynanı döyüş təyyarələri ilə təmin edəcəyini görəcəyik. Ancaq sonra da bu qərar bir neçə ay ərzində icra olunacaq. Buna pilotlara təlim keçmək, ekipajlara təyyarənin texniki xidməti ilə bağlı təlim vermək, təyyarə üçün yanacaq daxil olmaqla, logistika zəncirini işə salmaq daxildir. Yəni bunu icra etmək uzun vaxt olacaq, amma biz bunu etmək qərarına gəlmək nöqtəsinə gələ bilərik.
Amerikanın Səsi: Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı xalqa müraciətində Rusiyanın “New Start” nüvə silahlarına nəzarət müqaviləsində iştirakını dayandırdığını açıqlayıb və yeni yerüstü strateji sistemlərin döyüşə hazır vəziyyətə gətirildiyini bildirib. Putin həmçinin nüvə sınaqlarını bərpa etməklə hədələyib. Sizcə, Putinin Ukraynada nüvə silahından istifadə etmək ehtimalı varmı?
Kurt Volker: Burada iki fərqli məsələ var. Onlardan biri Yeni Start sövdələşməsində iştirakı dayandırmaqdır. Rusiya onsuz da razılığa tam əməl etmirdi. Onlar razılıqda tələb olunan təftişləri blok edirdilər. Və bu, artıq əvvəlki müqavilədən bəri zəifləmiş bir rejim idi. Beləliklə mən düşünürəm ki, o bunu Bayden administrasiyasının diqqətini çəkmək üçün edir. O, onların nüvə silahlarına nəzarət məsələsinə xüsusilə bağlı olduqlarına inanır, ona görə də bundan təzyiq kimi istifadə etməyə çalışır.
Nüvə silahlarından istifadə isə başqa bir məsələdir. Mən onun nüvə silahlarından istifadə edəcəyini düşünmürəm. Ələbəttə ki, belə bir risk fəlakətlidir. Biz ümid etməliyik ki, belə bir şey olmayacaq və bundan qorunmağa çalışmalıyıq.
SEE ALSO: Putin: Rusiya START müqaviləsində iştirakını dayandırırAmma nəzərə almaq lazımdır ki, döyüş meydanında nüvə silahlarından istifadə onlardan istifadə etdiyin yerləri yaşayış üçün yararsız edir. Və əgər Rusiyanın məqsədi ərazi ələ keçirməkdirsə, nüvə silahlarından istifadə etmək mənasızır, çünki sonra həmin ərazini əlində saxlayıb, onalrdan istifadə etmək qeyri-mümkün olur. Bundan əlavə, Rusiya qüvvələri nüvə döyüş meydanında döyüşməyə hazır deyil. Onların qoruyucu vasitələri yoxdur və bu, rus ordusunda böyük itkilərə səbəb olardı.
Və nəhayət, Rusiya ordusu Ukraynada nüvə silahlarından istifadə etsə, onlara qarşı birbaşa cavab tədbirlərinin olacağını bilir. ABŞ və NATO buna qarşı xəbərlarlıq edib və hətta Çin və Hindistan da daha yumşaq tonla da olsa bənzər xəbərdarlıq ediblər və nüvə silahlarından istifadə olunduğunu görmək istəmədiklərini bildiriblər. Ona görə də onun nüvə silahlarından istifadə etmək ehtimalının çox az olduğunu düşünürəm. Rusiyanın doktrinası ondan ibarətdir ki, onlar Rusiyanın dağılmasının qarşısını almaq üçün ölkəni müdafiə edirlərsə nüvə silahından istifadə edərlər və ya istifadə etmək hüququna malikdirlər. Amma fakt odur ki, heç kəs Rusiyaya hücum etmir və heç kəs Rusiyanı təhdid etmir. Bu bir risk deyil. Ona görə də, hətta Rusiyanın doktrinasında belə nüvə silahlarından istifadə üçün heç bir əsas yoxdur.
Amerikanın Səsi: Belə görünür, hələ ki, nə Ukrayna, nə də Rusiya hərbi qələbəyə yaxın deyil. Eyni zamanda isə tərəflərin müharibənin sülh yolu ilə həlli üçün danışıqlara hazır olduğuna da işarə yoxdur. Rusiyanın hərbi müdaxiləsindən bir il keşdiyi bir vaxt, tərəflərin razılığa gəlməsinə və müharibəni sülh yolu ilə bitirməsinə hələ də ümid varmı?
SEE ALSO: BMT Baş Assambleyası Ukraynada davamlı sülhə çağıran qətnaməyə səs verəcək
Kurt Volker: Mən sizin sualınızı bir az dəyişdirməliyəm. Məncə Rusiya qüvvələrini geri çəksə və Ukraynanın beynəlxalq sərhədlərini tanısa, Ukrayna müharibənin həlli ilə bağlı danışıqlar aparmağa razıdır. Ukraynanın Rusiya ilə bağlı planları yoxdur. Onlar Rusiyaya hücum etmirlər. Onlar Rusiyanı ələ keçirmək istəmirlər. Ona görə də, Rusiya geri çəkilsə, Ukrayna həll yolu ilə bağlı danışıqlar aparmaqdan məmnun olar. Problem ondadır ki, Rusiya geri çəkilməkdən imtina edir və bunun yerinə döyüşməyə davam etmək və daha çox Ukrayna ərazisini ələ keçirmək istəyir. Və Putin hətta bugünkü çıxışında Rusiyanın tarixi torpaqları adlandırdığı əraziləri geri almaqdan bəhs etdi. Amma bu, əlbəttə ki, tarixə səhv baxışdır.
Əslində Rusiya Kyiv Rus dövlətinin yaratdığı bir müstəmləkə idi. Ancaq Putinin dedikləri onun mübarizəni davam etdirmək əzmində olduğu göstərir. Və mən hesab edirəm ki, bu vəziyyətdə Ukraynanın özünü müdafiə etməkdən və Rusiyaya müqavimət göstərməkdən başqa çıxış yolu yoxdur.