Accessibility links

Rayan MakBet: Qərbin yaxında Ukraynaya döyüş təyyarəsi göndərmək ehtimalı azdır


Rayan MakBet: Qərbin yaxında Ukraynaya döyüş təyyarəsi göndərmək ehtimalı azdır
please wait

No media source currently available

0:00 0:04:59 0:00

Rayan MakBet: Qərbin yaxında Ukraynaya döyüş təyyarəsi göndərmək ehtimalı azdır

Tank əleyhinə sistemlərdən istifadə təcrübəsi olan, ABŞ ordusunun veteranı və açıq mənbələr üzrə təhlilçi Rayan MakBet Amerikanın Səsinə müsahibədə Qərbin Ukraynanı döyüş təyyarələri ilə təmin etmək perspektivlərini, Ukraynada müharibənin gedişatını və Baxmutun Rusiya üçün əhəmiyyətini şərh edib.

Amerikanın Səsi: Gələn həftə Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin bir ili tamam olacaq. Döyüşlər davam etdiyi bir vaxt, Ukrayna prezidenti Volodimir Zelenski və digər Ukrayna rəsmiləri müttəfiqləri Rusiyanın hücumuna qarşı çıxmaq və itirilmiş əraziləri geri almaq üçün döyüş təyyarələir və uzaqmənzilli raketlər göndərməyə çağırıblar. NATO-nun baş katibi Yens Stoltenberq isə çərşənbə axşamı bildirib ki, müttəfiqlərin Ukraynaya döyüş təyyarələri göndərməsi perspektivi “hazırda ən aktual məsələ deyil, lakin bu, müzakirə olunmağa davam edir.”Sizcə, Qərbin Ukraynaya döyüş təyyarələri göndərməsinin perspektivləri nədir və bu, müharibənin gedişatına necə təsir göstərəcək?

Rayan MakBet: Düşünürəm ki, yaxın gələcəkdə Qərbin Ukraynaya təyyarə göndərməsi perspektivləri azdır, çünki döyüş təyyarələri çox böyük texniki xidmət və logistika tələb edir. Nəinki onları idarə etməyi öyrənmək uzun müddət çəkə bilər, həm də onlara texniki xidmət göstərməyi öyrənmək üçün illər lazımdır.

Müasir Qərb təyyarələri Ukraynaya mütləq şəkildə üstünlük verməyəcək, onlar oyunu bərabərləşdirəcəklər. Rusiya hazırda hava sahəsində bir az üstünlüyə malikdir, əsasən ona görə ki, Rusiya daha çox təyyarə səfərfər və daha çox təyyarəni təmin edə bilir. Sovet dövrünə aid döyüş təyyarələrində nasazlıq yarandıqda, Rusiyanın onları təmir etmək üçün çox ehtiyat hissələri olur. Amma Ukrayna zədələnmiş Sovet dövrünə aid döyüş təyyarələrinin hissələrini çıxarıb təmir etmək istədikləri təyyarəyə qoyur, ya da Rusiya onlara satmadığı üçün ehtiyat hissələrini qara bazardan almalı olur. MiG 29 döyüş təyyarəsinin hər bir uçuş saatı üçün təxminən 11 saat texniki xidmət tələb olunur.

Beləliklə, Qərbin Ukraynaya Qərb təyyarələrini göndərməsi uzunmüddətdə üstünlük yarada bilər, çünki həmin Qərb təyyarələri özləri ilə birlikdə Qərbin logistikası və Qərbin ehtiyat hissələri gəlir.

Amerikanın Səsi: ABŞ-ın Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli bildirib ki, Rusiya Ukraynadakı müharibədə “strateji, əməliyyat və taktiki baxımdan” məğlub olub. Sizcə, o, bununla nə demək istəyir?

Rayan MakBet: Strateji cəhətdən onu nəzərdə tutur ki, Rusiya indi təcrid olunub, beynəlxalq bank və turizmdən kənarlaşdırılıb, əməyillat cəhətindən Rusiya Donbasda demək olar ki, heç bir məqsədinə nail olmayıb və Kyivi ələ keçirə bilməyib, taktiki baxımdan isə Rusiya sadəcə olaraq kiçik irəliləyişlər əldə edir və bunun üçün ağır bədəl ödəyir.

Amerikanın Səsi: Bəzi ekspertlər iddia edir ki, Ukraynada müharibə qışda böyük ölçüdə durğun olub, lakin tərəfləri yazda, hava şəraiti yaxşılaşdıqca hücumlara başlayacağı gözlənilir. Buna münasibətiniz nədir?

Rayan MakBet: Məncə hər iki tərəfin planları var. Düşünürəm ki, Ukraynanın planlarına Qərbdən zirehli transpontyorlar və tanklar alana qədər müdafiə müharibəsi aparmaq və daha sonra onlardan əks-hücum üçün istifadə etmək daxildir. Zənnimcə Rusiyanın planı Ukraynadan tammiqyaslı hücumun qarısını almaq üçün nəzərdə tutulan kiçik hücumlar etməkdir. Mən Rusiyanın Ukraynanın daha da içinə məqsədli genişmiqyaslı hücumu dəstəkləmək məqsədilə maddi-texniki baza yaratmaq üçün lazım olan qoşunları və vasitələrinin olduğuna inanmıram.

Amerikanın Səsi: Ukraynanın şərqindəki Baxmut şəhəri bu müharibədə zamanı ən qanlı döyüşlərin baş verdiyi ərazi olub və artıq bir neçə həftədir ki, ağır artilleriya atəşinə tutulur. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, Baxmut rusların əlinə keçsə, bunun “ümumilikdə müharibəyə strateji təsiri olmayacaq.” Sizcə Rusiya Baxmutu ələ keçirmək üçün niyə bu qədər mübarizə aparır? Bu şəhərə nəzarəti ələ keçirməklə nə cür üstünlük əldə edəcək?

Rayan MakBet: Baxmut olduqca maraqlıdır, çünki bu şəhərin heç bir real strateji əhəmiyyəti yoxdur. Orada bir dəmir yolu xətti var və şimala qədər uzanan bir avtomobil yolu var. Beləliklə, bu şəhəri ələ keçirmək faydalı olardı, ancaq o, Rusiyanın ümumi məqsədləri üçün kritik deyil. Mən inanıram ki, Rusiyanın Baxmuta bu qədər qoşun göndərməsinin səbəbi iki magistral yolu, səhv etmirəmsə M3 və H32-ni birləşdirən yol qovşağının olmasıdır və bu yol qovşağı Baxmutdan dörd kilometr şərqdədir. Beləliklə, müharibə çətindir, amma logistika daha çətindir.

Ona görə də, mən hesab edirəm ki, Rusiya Baxmuta o, müharibə üçün strateji əhəmiyyət kəsb etdiyi üçün deyil, ora həmin yol qovşağı vasitəsilə təchizat, qoşun və yük maşınları ilə getmək daha asan olduğu üçün hücum edir. Bu, köhnə bir zarafata bənzəyir. Bir kişi küçədə bir fənər altında pul kisəsini axtarır. Belə ki, əslində o, pul kisəsini parkdakı fənərin altında itirib, amma daha sonra onu hər hansı bir küçədəki fənərin altında axtarmağa başlayır, çünki orada da fənər var. Yəni, Rusiya da Baxmuta ona görə hücum edir ki, onların logistikası oradadır.

XS
SM
MD
LG