Cəmiyyətin direktoru bu qədər pulu müəssisənin xəzinəsinə mədaxil etməyib
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi “Törnist Konstrakşn” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Ceyhun Quliyevin cəmiyyətə məxsus külli miqdarda pulu mənimsəməsi faktını aşkar edib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, C.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif banklardan, habelə cəmiyyətin hesablaşma hesablarından nağd şəkildə çıxarılmış 419 min manat məbləğində pulu müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəyib.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.