Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2011-2013-cü il ərzində mərkəzin vəzifəli şəxslərinin ünvanlı sosial yardımların, sosial müavinətlərin, təqaüdlərin hesablanması və ödəməyə yönəldilməsi prosesində saxtakarlıqlara yol verilməsi nəticəsində 2 milyon 236 min manat məbləğində vəsaitin mənimsənilməsini aşkar edib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlayır.
Xatırladaq ki, son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli strukturlarının vəzifəli şəxslərinin milyonlarla manat mənimsəmə və korrupsiya faktları ifşa edilib. Çoxsaylı vəzifəli şəxslər həbs edilib.