Ketrin Eşton İranı jurnalist həbslərinə görə qınayıb

Ketrin Eşton İranı jurnalist həbslərinə görə qınayıb

Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton bəyanat yayaraq İranda jurnalistlərin həbsinin geniş vüsət almasından narahat olduğunu bildirib.

Avropa Birliyinin xarici işlər naziri Ketrin Eşton bəyanat yayaraq İranda jurnalistlərin həbsinin geniş vüsət almasından narahat olduğunu bildirib.
“Media forum” saytının məlumatına görə, bəyanatda deyilir ki, İran İslam Respublikası jurnalistlərin həbsinə son qoymalı, 3 bloqçuya qarşı ölüm hökmünü ləğv etməlidir: “Mən İranda jurnalistlərin və bloqçuların təqib olunub əzab-əziyyətə məruz qalmasından ciddi narahatam. Söz və ifadə azadlığı beynəlxalq insan hüquqları bəyannaməsində öz əksini tapmış əsas hüquqlardan biridir. İran həmin bəyannaməni imzaladığına görə ona hörmətlə yanaşmalı, öz vətəndaşları üçün bu haqqı tanımalıdır.
Son həftələrdə İran təhlükəsizlik qüvvələri jurnalistlər Səhaməddin Burqani, Pərəstu Dokuhəki, Səid Mədəni, Fərşad Qurbanpur, Ehsan Huşmənd, Şəhram Mənuçehri, Mərziyə Rəsuli, Arəş Sadiqi və Məhəmməd Süleymani Niyanı tutub həbsə salıblar. Həmçinin bloqçular Səid Məlekpur, Əhmədrza Haşımpur və Vəhid Əsğəri Allaha qarşı müharibə aparmaqda və yer üzündə fəsad törətməkdə günahlandırılaraq edama məhkum ediliblər.
Mən İran rəsmilərindən istəyirəm ki, həbsdə saxladığı həmin jurnalistləri dərhal azadlığa buraxsın, bloqçulara çıxardığı ölüm hökmünə isə yenidən baxaraq onu ləğv etsin. Dünya ictimaiyyəti İranda dinc müxaliflərə qarşı bu sürətlə çıxarılan hökmlərin ədalətli olmasına şübhə ilə baxır, jurnalistlər və bloqçularla belə davranılmasına son qoyulmasını tələb edir”.