Accessibility links

İranda daha 3 nəfər edam olunub


İranda daha 3 nəfər edam olunub
İranda daha 3 nəfər edam olunub

2011-ci ildə İranda narkotik maddələrin qaçaqmalçılığında ittiham olunan 500 nəfər dar ağacından asılıb.

Yanvarın 3-də İranda 3 nəfər edam edilib.

APA Agentliyinin məlumatına görə, adları açıqlanmayan 2 şəxs Ərak şəhərinin mərkəzi həbsxanasında dara çəkilib. Onlar narkotik maddələrin alqı-satqısında günahlandırılaraq Ərak İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Qərar İranın Ali Məhkəməsi və baş prokurorluq tərəfindən təsdiqləndikdən sonra hökm icra olunub.
Yanvarın 2-də isə İranın Zəncan şəhərinin mərkəzi həbsxanasında bir nəfər dar ağacından asılıb. Edam edilmiş məhbusun adı və soyadı da açıqlanıb. Urmiya şəhərinə yaxın kənddən olan Səlah Rəşidi narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıb. Onun cənazəsi edam həyata keçirildikdən üç saat sonra ailəsinə təhvil verilib.

Qeyri-rəsmi məlumatlara görə, 2011-ci ildə İranda narkotik maddələrin qaçaqmalçılığında ittiham olunaraq 500 nəfər dar ağacından asılıb.

XS
SM
MD
LG