Accessibility links

İrandan narkotik daşıyan 11 nəfər həbs edilib


Faktlar üzrə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı, külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və satma maddələri ilə cinayət işləri başlanılıb.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) son günlərdə qanunsuz narkotik daçınmasına qarşı keçirdiyi əməliyyatlar barədə məlumat yayıb.
Məlumatda deyilir ki, əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana narkotik vasitələr daşıyan 11 nəfər ifşa edilib, 213 kiloqramdan çox narkotik vasitə götürülüb.
Belə ki, MTN-in əməliyyatı nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, onlardan 3 kiloqrama yaxın heroin aşkar edilib, narkotik vasitə İrandan qaçaq yolla Xəzər dənizi vasitəsilə Azərbaycana gətirilib.

Daha bir 4 nəfərlik dəstə satış məqsədilə külli miqdarda heroini İrandan gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirib. Azərbaycan vətəndaşları Kəmalə, İlhamə və Təranə Sadıqovalar İrandan 2 kiloqram heroin keçiriblər və saxlanılıblar.
Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının birgə əməliyyatları nəticəsində “İran-Azərbaycan-Rusiya” marşrutu üzrə narkotik daşıyan mütəşəkkil cinayətkar dəstə ifşa edilib. Əməliyyatlar zamanı Moskvada Rusiya vətəndaşı olan 3 nəfər saxlanılıb, 209 kiloqram həşiş götürülüb. Faktla bağlı Rusiya xüsusi orqanları cinayət işi başlayıb.
Bütün faktlar üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb.
11 nəfər təqsirkar şəxs qismində cəlb olunaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində həbs qəti-imkan tədbiri seçilib.

XS
SM
MD
LG